Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:14

Qırğızıstan prezidenti ‘iğtişaş təhlükəsinə’ görə MDB sammitinə getmir


Almazbek Atambayev
Almazbek Atambayev

Qırğızıstan prezidenti Almazbek Atambayev bu həftə Rusiyada keçiriləcək MDB sammitinə səfərini ləğv edib. O bunu ölkəsində oktyabrın 15-də keçiriləcək prezident seçkisi zamanı qarışıqlığın baş verə biləcəyi ehtimalı ilə izah edib.

Atambayevin mətbuat xidməti oktyabrın 9-da bildirib ki, Qırğızıstanı Soçi sammitində prezidentin əvəzinə baş nazir Sapar İsakov təmsil edəcək.

Mətbuat xidməti bildirir ki, “seçki günündə müəyyən siyasətçilərin kriminal elementlərlə birlikdə kütləvi iğtişaş törədə biləcəyinə dair dəlillər var”.

Bu da qeyd edilir ki, iğtişaşların törədilməsində habelə xaricdən maliyyələşdirilən namizədlərin də əli ola bilər.

Bu bəyanatdan iki gün əvvəl Atambayev qonşu Qazaxıstanı açıq-aşkar Qırğızıstanın daxili işlərinə qarışaraq namizəd Omurbek Babanovu dəstəkləməkdə ittiham etmişdi.

Eyni bəyanatda Atambayev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi oniliklərdir hakimiyyətdə qaldığına görə tənqid edirdi.

Nazarbayevin on ölkədən ibarət MDB-nin sammitinə qatılacağı gözlənilir.

Qırğızıstan Konstitusiyası Atambayevin ikinci müddətə namizədlik verməsini qadağan edir.

O, hakim Sosial-Demokratik Partiyanın namizədi, keçmiş baş nazir Sooronbai Jeenbekov-u açıq-aşkar dəstəkləməkdə ittiham olunur.

Sentyabr ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Babanovu dəstəkləyən bir millət vəkilini həbs edib.

Həmin deputat iğtişaşlar və zorakı çevriliş hazırlamaqda günahlandırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG