Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:36

Qırğızıstan və Tacikistan arasında sərhəd yenidən açılıb


Qırğızıstan-Tacikistan sərhədinin Batken sektoru
Qırğızıstan-Tacikistan sərhədinin Batken sektoru

Dörd gün davam edən danışıqların martın 18-də razılaşma ilə başa çatmasından sonra Qırğızıstan və Tacikistan arasında sərhədin mübahisəli sektoru yenidən açılıb.

Bu bölgədə sərhəd martın 13-də yerli sakinlər arasında Tacikistan vətəndaşının ölümünə səbəb olmuş toqquşmadan sonra bağlanmışdı.

Bu da xəbər verilir ki, buradan təxliyə edilmiş iki qırğız kəndinin sakinləri evlərinə qayıdıblar.

Danışıqlarda habelə bu yerlərdə yeni yol çəkilişi barədə razılaşma əldə olunub. Mübahisələr məhz yol məsələsinə görə başlanmışdı.

Qırğızıstan baş nazirinin müavini Jenish Razakovun jurnalistlərə dediyinə görə mübahisəyə səbəb olmuş yollar martın 18-də yenidən açılıb.

Razakov habelə deyib ki, danışıqlarda iki tərəf arasında mübahisə doğuran məsələlərin hamısı müzakirə olunub və razılaşma əldə edilib.

Danışıqları Qırğızıstan tərəfindən Razakov, Tacikistan tərəfindən isə bu ölkənin baş nazirinin müavini Azim Ibrohim aparırdılar.

İki tərəf habelə martın 13-də baş vermiş insidentin hərtərəfli təhqiqatı və məsuliyyət daşıyanların mühakimə olunması barədə razılığa gəlib.

Mübahisənin baş verdiyi Fərqanə vadisində Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhəd xətləri yerləşir və burada çoxsaylı eksklavların mürəkkəb şəbəkəsi mövcuddur.

XS
SM
MD
LG