Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Qırğızıstanın iki kəndinin sakinləri köçürülüb


Batken sərhəd regionu
Batken sərhəd regionu

Qırğızıstan rəsmiləri Tacikistanla sərhədin mübahisəli hissəsində yerləşən iki kəndin sakinlərini köçürüb. Bu ərazidəki toqquşmalarda iki nəfər həlak olub.

Hökumətin mətbuat xidməti martın 15-də bildirib ki, Ak-Say və Kok Taş kəndlərinin əhalisi Batken regionunun eyniadlı paytaxtına köçürülüb.

Məlumatda o da qeyd olunur ki, Qırğızıstan Baş nazirinin müavini Jenish Razakov tacikistanlı həmkarı Azim Ibrohim-lə danışıb, ərazidə sakitlik yaradılmasının vacibliyini vurğulayıb. Zorakılıqla bağlı birgə təhqiqat başladılıb.

İğtişaş martın 13-də başlanıb. Buna Qırğızıstanın sərhəddəki mübahisəli hissədə yol tikintisini bərpa etməsi olub. Hər ikisi tacikistanlı olan azı iki nəfər öldürülüb, onlarla adam yaralanıb. Qırğızıstan polis əməkdaşının da xəsarət aldığı bildirilir.

PREZİDENTLƏR DƏ DANIŞIB

Qırğızıstan Səhiyyə Nazirliyi rəsmisinin martın 15-də AzadlıqRadiosuna bildirməsinə görə, güllə yarası almış bir qırğızıstanlı ötən gecə Batkendə xəstəxanaya aparılıb, ərazidəki durum isə gərgin olaraq qalır.

Qırğızıstanda deputatlar sərhəd regionunda sakinlərlə görüşürlər
Qırğızıstanda deputatlar sərhəd regionunda sakinlərlə görüşürlər

Prezident Sooronbai Jeenbekov-un mətbuat xidmətinin məlumatına görə, martın 14-də Jeenbekov tacikistanlı həmkarı Emomali Rahmon-la telefonla danışıb, onlar sərhədin müəyyənləşdirilməsi üzrə danışıqları davam etdirməyə, atışmalarla bağlı birgə təhqiqat aparmağa razılaşıblar.

Qırğızıstan illərdir ərazidə yeni yol çəkmək istəyir, tikinti işlərini gah saxlayır, gah da bərpa edir. İki ölkə təmsilçiləri isə sərhəd çəkilməsi üzrə razılaşma əldə etməyə çalışırlar.

Tacikistanın mövqeyincə, yolun yeni təklif olunan hissəsi mübahisəli ərazidən keçir, sərhədlə bağlı razılaşma əldə olunmayınca yol çəkilməməlidir.

Hər iki ölkə rəsmiləri tikinti işinin artıq dayandırıldığını deyirlər.

Qırğızıstan parlament martın 14-də elan edib ki, “qırğız-tacik sərhədindəki durumla” bağlı rəsmi dinləmə keçirəcək.

1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyada bir çox sərhəd ərazilər mübahisəli qalıb.

Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhədlərinin toqquşduğu Fərqanə vadisində isə çoxsaylı eksklavlar var və burada durum özəlliklə mürəkkəbdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG