Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

Müxalifət yeni seçki tələb edir


Bişkekdə etirazçılar
Bişkekdə etirazçılar

Kampaniya dövründə fundamental azadlıqlara “ümumilikdə sayğı ilə yanaşıldığı” vurğulanıb

Qırğızıstanda onlarla müxalifət tərəfdarı yeni parlament seçkiləri keçirilməsini tələb edirlər. Onlar noyabrın 29-da paytaxt Bişkekdə nümayişə çıxıblar. Noyabrın 28-də keçirilmiş seçkinin ilkin nəticələri isə üç hökumətyönlü partiyanın səsverməni qazandığını göstərib.

Etirazçıların çoxu səslərin avtomatlaşdırılmış hesablanma sistemindən narahatlıq bildiriblər. Prosesdə texniki problemlər çıxıb. Mərkəzi Seçki Komissiyasının (BShK) hesablama monitorunda yerləri qazanmaq üzrə olan bir neçə partiya qəfildən beş faizlik baryerdən aşağı düşüb.

Müxalifət partiyaları parlamentə düşməyib

BShK sədri Nurcan Şaildabekova və komandası nümayişçilərə deyib ki, texniki qüsur bilərəkdən olmayıb və nəticələrə təsir göstərməyib.

Beynəlxalq müşahidəçilər seçkini “rəqabətli” adlandırıb, əsasən yaxşı keçdiyini, seçici iştiraklılığı daxil məsələlərdə çatışmazlıq olduğunu qeyd edib.

BShK-in elan etdiyi ilkin nəticələrə görə, Ata-Yurt partiyası 16.83, İshenim (İnam) partiyası 13.6, İntimak (Harmoniya) isə 10.96 faiz səs yığıb.

Daha üç partiya parlamentə düşsə də, dörd müxalifət partiyası beş faizlik baryeri aşa bilməyib.

Seçki qarışıq seçki sistemi üzrə keçirilib, 90 yerin 54-ü açıq partiya siyahısından seçilib.

Qırğızıstan hökuməti əhalini kömürə keçməyə çağırır
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

ATƏT-in rəyi

ATƏT ilkin dəyərləndirməsində Qırğızıstanda konstitusiya dəyişikliklərinin parlamenti zəiflətdiyini, seçki kampaniyasının məhdudlaşdırıldığını qeyd edib.

Kampaniya dövründə fundamental azadlıqlara “ümumilikdə sayğı ilə yanaşıldığı” vurğulanıb.

Son 20 ildə bu ölkədə küçə etirazları hökumətin üç dəfə devrilməsi ilə sonuclanıb. Ötənilki mübahisəli parlament seçkisindən sonra isə hakimiyyət dəyişikliyi nəticəsində Sadır Japarov həbsxanadan çıxıb, sonradan prezident seçilib.

Japarov prezident seçkisi ilə birlikdə konstitusiyaya dəyişiklik üzrə referendum da keçirib. Tənqidçilər bunu hakimiyyət qəsbi adlandırıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG