Hüquqşünaslar və Qırğızıstanda həbs olunan 3 nəfər müxalifətçinin yaxınları hökumətin fəalları saxta ittihamlarla həbsinə etiraz edir.
Həbs olunanların vəkilləri və ailə üzvləri aprelin 18-də jurnalistlərə deyiblər ki, Ernest Karybekov, Kubanychbek Kadyrov və Bektur Asanov məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər.
Bişkek məhkəməsi 3 müxalifət fəalını zorakılıqla hakimiyyəti ələ keçirməkdə təsqirli bilib. Karybekov 20 il, Kadyrov və Asanov hər biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dördüncü siyasətçi Dastan Sarygulov barəsində məhkəmə 3 ili şərti olmaqla, 4 illik hökm çıxarıb.
Siyasətçilər 2016-cı ilin martında - hakimiyyəti ələ keçirməyin yolları ilə bağlı müzakirələrinin səs yazısı internetdə yayılandan sonra həbs olunublar.
Asanov həbsindən öncə AzadlıqRadiosuna demişdi ki, səs yazısı montajdır və onun internetdə yayılması "hakimiyyəti şantaja" yönəlmişdir.