Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:57

Xüsusi xidmətlər bloqqerləri izləyir


Qırğızıstanlı bloqqer
Qırğızıstanlı bloqqer

Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi sosial şəbəkələrdə, xüsusən də “Facebook”da neqativ postlara və profillərə görə ölkənin 11 vətəndaşına xəbərdarlıq edib.

Xüsusi xidmət orqanları bundan başqa onlarla istifadəçi ilə bağlı araşdırma aparır. Bu şəxslərin hər biri ölkə prezidenti Almazbek Atambayev-in fəaliyyəti barədə tənqidi fikirlər paylaşıblar. Onların barəsində xüsusi xidmətlərə donoslar yazılıb.

Bloqqerlərin yoxlanması təşəbbüsünü Qırğızıstan parlamentinin deputatı Irina Karamushkina irəli sürüb. Digər deputatlar kimi Karamushkina da “Facebook”a mobil internetlə daxil olur. "Bizim işdə sosial şəbəkələr bloklanıb", o deyir. Deputat hesab edir ki, belə sərt qaydalar virtual aləmdə də mövcud olmalıdır.

Buna da bax:​ Sosial şəbəkələr yeni məşhurlar qismi yaradır

"Hər kəs razılaşar ki, istənilən vətəndaşı təhqir etmək pisdir. Buna görə inzibati cəza mövcuddur. Heç kimi təhqir etmək olmaz, prezidenti olar?" – deyə Karamushkina narazılıq edib.

“PREZİDENTİ BELƏ DOLAMAQ OLMAZ”

Guya dövlət başçısını “Facebook”da təhqir edən bloqqerlərin siyahısını deputata seçicilərindən biri göndərib. Karamushkina bütün adları Dövlət Təhlükəsizlik Komitəsinə ötürüb. Komitə ona dərhal cavab verib: prezidentin ünvanına mənfi paylaşımlar yerləşdirmə faktı üzrə 10 sosial şəbəkə istifadəçisi müəyyən edilib. Qırğızıstan çekistlərinin məlumatına görə, onların hər biri xaricdə yaşayır.

DTK-nın siyahısında adı çəkilən şəxslərdən biri Savrinsa Syrgataevadır. O, Qırğızıstanın cənubunda, Calalabad vilayətində bir fermer təsərrüfatının rəhbəridir. O, xaricə getmir və özünün dediyinə görə, heç vaxt “Facebook”da prezidenti tənqid etməyib.

Buna da bax: Saxta profili kim və necə müəyyənləşdirəcək?

"Bəziləri Atambayevi təsvir edən müxtəlif karikaturalar paylaşırlar. Mənsə, əksinə, bu şəkillərin altında yazırdım ki, dövlət başçısını belə dolamaq olmaz. Biz onu seçmişiksə, ona sayqı göstərməliyik", – Syrgataeva deyir.

ƏN ZƏİFLƏRİ SAXLAYIBLAR

Syrgataeva-nın sözlərinə görə, hələ ki, xüsusi xidmətlər onunla əlaqə saxlamayıb. Ancaq artıq Calalabad vilayətində 11 vətəndaş ifadə verməyə çağrılıb. Onların hər birinə “Facebook”dakı postlarla bağlı xəbərdarlıq edilib.

"Nikləri internetdə çıxmış bu insanları təsəvvür edin. Aydındır ki, onların yaxınları artıq qorxurlar, onların özləri də qorxurlar. Niyə onlar ən zəifləri saxlayıblar? Onlar fəallardan qorxurlar. Qorxanları saxlayıblar", – media eksperti Gulnura Toraliyeva söyləyir.

Buna da bax:​ Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

Xüsusi xidmət orqanlarının xəbərdarlıq etdiyi bloqqerlərin çoxu sosial şəbəkələrdə öz real adlarından istifadə etdiklərinə görə onları tapmaq çətin olmayıb. Ancaq ad əvəzinə niklə yazanları IP ünvanları vasitəsilə axtarıblar.

"Bütün iş həmin istifadəçiyə hər hansı bir linki sırımaqdan ibarətdir. Nəticədə serverdə onun hansı IP adresdən daxil olduğu barədə məlumat qalır. İstifadəçinin minimal təhlükəsizlik tələbinə cavab verməməsi bəs edir", – informasiya təhlükəsizliyi mütəxəssisi Anton Kirsanov deyir.

ÖZÜNÜSENZURA GƏLİR

İstifadəçi Aynura Belekovna da DTK-nın siyahısına düşüb. O, müsahibə vermək istəmir. Yazışmada isə müxalif postlarına görə saxlanılacağından qorxduğunu deyir.

Buna da bax: 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı

"Bizim ölkəmizdə insanlar anlamırlar ki, dəhşətli bir hadisə baş verib. Əslində, deputatın DTK-ya müraciəti absurd və təhlükəli presedentdir və söz azadlığını təhdid edir. Bütün bu təşəbbüslər sonda özünüsenzuraya yol açır. Özünüsenzura isə senzuradan da dəhşətlidir. Təəssüf ki, senzuranın səviyyəsi çox tez artır. Hamı düşünür ki, nəyi yazsın, necə yazsın", – deyə Gulnura Toraliyeva qeyd edir.

Dövlət Təhlükəsizlik Komitəsində isə deyirlər ki, daha 35 “Facebook” istifadəçisinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində "iş gedir". Ancaq artıq dərc edilmiş "qara siyahını" nəzərə alsaq, onların sırasına sosial şəbəkələrdən yararlanan istənilən Qırğızıstan sakini düşə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG