Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 19:48

Hafiz Həsənov da 8 il şərti həbs edildi

Hafiz Həsənov
Hafiz Həsənov

Bu gün, sentyabrın 16-da "QHT işi" üzrə ittiham olunan "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə yekun məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənov 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum olunub. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona 3 il sınaq müddəti təyin edilərək cəzası şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri isə başqa yerə getməmək iltizamı ilə əvəzlənib.

H.Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. İbtidai istintaq dövründə Binəqədi rayon Məhkəməsinin qərarı ilə H.Həsənov barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə ilə əvəzlənib.

H.Həsənov ittihamları qəbul etmir.

Qalib Bayramov
Qalib Bayramov
9 sentyabr

Qalib Bayramova şərti cəza verildi

"QHT işi" üzrə ittiham olunan iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun (Toğrul) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Q.Bayramova hökm oxunub.

Məhkəmənin qərarı ilə o, 2 il müəyyən vəzifə tutmaq qadağası qoyulmaqla, 8 il müddətinə həbs cəzasına məhkum olunub. Ona 3 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub. Eyni zamanda, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizamla əvəzlənib.

"QHT işi" üzrə ittiham olunan iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun (Toğrul) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Q.Bayramova hökm oxunub.

Məhkəmənin qərarı ilə o, 2 il müəyyən vəzifə tutmaq qadağası qoyulmaqla, 8 il müddətinə həbs cəzasına məhkum olunub. Ona 3 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub. Eyni zamanda, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizamla əvəzlənib.

Q.Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu xeyli miqdarda əldə edilmiş əmlakı leqallaşdırma) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O ittihamı qəbul etmir.

"Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü, lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu əməl cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu başqalarının da cəzalandırılması üçün demirəm. Sadəcə vurğulamaq istəyirəm ki, gördüyümüz iş cinayət deyil", – iqtisadçı ötən il dekabrın 17-də öz məhkəməsində demişdi.

Q.Bayramov iqtisadçı alim Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də saxta pul hazırlama ittihamı ilə həbs olunub. İstintaqın gedişində ona qarşı dini ekstremist materialları hazırlama, saxlama və yayma maddəsi ilə də ittiham verilsə də, özü ittihamları rədd edib. Q.İbadoğlu 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb, sonradan isə bu qərar polis nəzarəti qətimkan tədbiri ilə əvəzlənib.

Q.Bayramovun digər qardaşı Vüqar Bayramov isə Milli Məclisin deputatıdır.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində "QHT işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb. İlk olaraq "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunublar. Həmin ilin aprelində digər QHT təmsilçiləri – Zamin Zəki, Asəf Əhmədov və Əhməd Məmmədzadə barəsində də eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin başqa 10-a yaxın fəalı da təqsirləndirilən şəxs qismində işə cəlb edilsə də, məhkəmə dövrü üçün haqlarında həbsə alternativ qətimkan tədbirləri seçilib. Onların arasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov da vardı.

Hazırda bu şəxslərin bəzilərinin ayrı-ayrılıqda məhkəməsi davam edir, bir qismi barəsində isə artıq yekun qərarlar çıxarılıb. Fəallardan A.Əhmədov 8 il, Z.Zəki 7 il 6 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Ə.Məmmədzadəyə isə 2 il sınaq müddəti təyin edilməklə 7 il 6 ay şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Adları çəkilən şəxslərdən başqa, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində də sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı çıxarılıb.

"QHT işi" üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

QHT təmsilçiləri bu ittihamları qəbul etmirlər.

​
XS
SM
MD
LG