Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:45

Qələndərov intihar edib, yoxsa onu öldürüblər? [video]


Mehman Qələndərov intihar edib, yoxsa öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Mehman Qələndərov intihar edib, yoxsa öldürülüb? [A-Live]

Belə deyənlər də var ki, istintaq təcridxanasında intihar hallarına tez-tez rast gəlinmir, orda intihar demək olar ki, mümkün deyil.

Mayın 1-də Mehman Qələndərovun ölümünün səbəbini araşdırmaq üçün müstəqil təhqiqat komissiyası yaradılıb.

İctimai fəalların yaratdığı həmin qrupun üzvü, özü də məhbus olmuş Oktay Gülalıyev deyir ki, təcridxanada intihar onlara real görünmür:

Buna da bax:​ Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq

Oktay Gülalıyev
Oktay Gülalıyev

“İstintaq təcridxanalarının hər birində onlayn rejimdə işləyən videokameralar var. Digər tərəfdən kəsici, deşici, partlayıcı alətlərin istintaq təcridxanasına keçirilməsi qadağandır və çalışırlar buna maksimum əməl etsinlər. Bundan başqa təcridxanalarda olan kameralarda vəziyyət elədir ki, orada hər hansı bir məhbusun intihar etməsi ya mümkünsüzdür, ya da minimum səviyyədədir. Dördüncüsü, heç bir təcridxanada təkadamlıq kamera yoxdur, varsa, o, qanunsuz fəaliyyət göstərir”.

40 yaşlı Mehman Qələndərovun ölümü haqqında məlumat aprelin 28-də yayılıb.

Daha sonra Baş Prokurorluq ölüm faktı ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb.

Buna da bax:​ Prokurorluq Azərbaycandakı intiharların səbəbini 'tapdı'

Son məlumata görə, həbsdəki bloqqer Mehman Qələndərovun intihar etməsinə görə, Bakı İstintaq Təcridxanasının şöbə rəisi işdən azad olunub. M.Qələndərovun intihar etməsi ilə bağlı Ədliyyə Nazirliyinin Baş Prokurorluqla yaydığı açıqlamada belə deyilir.

Baş prokurorluq
Baş prokurorluq

Açıqlamada deyilir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin boğazında boğulmanı göstərən şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Buna da bax: Həbsdəki bloqqerin özünü asdığı deyilir

Açıqlamada ilkin araşdırmalar zamanı M.Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncə verilməsi, hər hansı qanuna zidd hərəkətlərə yol verilməsinin müəyyən edilmədiyi vurğulanır. Bununla bərabər təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib.

Bloqqerin tez-tələsik dəfn edilməsi də hüquq müdafiəçilərində şübhə doğurur.

Mehman Qələndərov, keçən ilin sentyabrında, Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Mayın 1-də toplaşan hüquq müdafiəçiləri deyiblər ki, bloqqer bu ilin fevralında Tbilisidən Bakıya gəlib, mərhum prezident Heydər Əliyevin heykəlinin yanında təkbaşına etiraz tədbiri keçirib.

Buna da bax:​ İsa Qəmbər: 'Əliyev rejimi qırmızı həddi keçir'

Onlar deyiblər ki, Mehman Qələndərov bunu «heykəl məhbusları» adlandırılan və 2016-cı ilin mayında həbs edilən Qiyas İbrahimli və Bayram Məmmədovla həmrəylik üçün edib.

İştirakçıların sözlərinə görə, Mehman Qələndərov sosial şəbəkələrdə «Hamımız Qiyas olaq, hamımız Bayram olaq» statusunu yazıb. Bundan sonra, fevralın 7-də narkotik ittihamı ilə həbs olunub.

Mehman Qələndərovun vəkili olmayıb. Oktay Gülalıyev deyir ki, o, adının çəkilməsini istəməyən bir tanışına telefonda deyib ki, təzyiq altındadır, vəkilə ehtiyacı var.

Hüquq müdafiəçiləri deyirlər ki, ölümə görə, bütün məsuliyyət dövlətin üzərindədir.

Buna da bax:​ Prokurorluq təcridxana nəzarətçisi və dəstə rəisinin işdən azad edildiyini deyir

Elçin Sadıqov deyir ki, hökumət öz günahsızlığını sübut etmək üçün gərək ekspertizada şəffaflığı tam təmin etsin, çünki məhbusun intiharı şübhə doğurur:

Elçin Sadıqov
Elçin Sadıqov

“Kameralara nəzarət var. Müəyyən vaxt ərzində qapıların ağzı açılır və yoxlanılır içərindəki şəxslər. Eyni zamanda dustaqlar içəridə tək saxlanılmır. Həmişə içəridə başqa dustaq olur. Tək saxlanılsa belə, nəzarətçi, digər dustaq gələnə qədər tək qalan dustağın yanında gözləməlidir”.

Müstəqil Təhqiqat Qrupu sual qaldırır ki, Penitensiar Xidmət məhbusun hansı kamerada, hansı şəraitdə öldüyünü açıqlasın.

Buna da bax:​ Hüquq müdafiəçisi 'bandotdel'ə aparılıbmış [yenilənib] [video]

Heydər Əliyevin heykəlinə şüar yazandan sonra narkotika ittihamı ilə həbs olunmuş Bayram Məmmədovun isə səhhəti pisləşib. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

"Ona ayaqyolunun yaxınlığında yataq veriblər, orda daim yelçəkir. Ona görə də səhhəti heç vaxt yaxşılaşmır, daim xəstə olur. Onu bir neçə dəfə gəzinti yerində paltarsız gəzdiriblər”.

Başqa bir ictimai fəal İlkin Rüstəmzadəyə isə əməkdaşlıq təklif edildiyi iddia olunur. İctimai fəal Ülvi Həsənli öz Facebook hesabında yazır ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları İlkin Rüstəmzadəyə əməkdaşlıq təklif ediblər, amma İlkin imtina edib, sonuncu dəfə də gəlib açıq-aşkar deyiblər ki, əməkdaşlıq etməsə, nə müalicə olunacaq, nə həbsdən azad olunacaq, bu vəziyyətdə burda öləcək.

Buna da bax:​ 'Bayram Məmmədov onu məhv etmək istədiklərini düşünür'

İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

Bu xəbərlər barədə də Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmadı, gün ərzində telefon zənglərimizə cavab verən olmadı.

Bundan əvvəl xidmətin əməkdaşı Mehman Sadıqov AzadlıqRadiosu-na müsahibəsində demişdi ki, məhbuslara heç bir halda siyasi mövqeyinə görə, ayrı-seçkilik edilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG