Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:34

Hüquq müdafiəçisi 'bandotdel'ə aparılıbmış [yenilənib] [video]


Hüquq müdafiəçisi, keçmiş məhbus Bəşir Süleymanlı "Bandotdel"dən çıxdı. 01may2017
Hüquq müdafiəçisi, keçmiş məhbus Bəşir Süleymanlı "Bandotdel"dən çıxdı. 01may2017

Hüquq müdafiəçisi, keçmiş məhbus Bəşir Süleymanlıdan bir neçə saatdır xəbər yoxdur. Onun telefonu söndürülüb.

Bu haqda B.Süleymanlının vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib.

Vəkil deyib ki, bir müddət əvvəl B.Süleymanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-nə (BMCMİ) çağırılıbmış. Ondan sonra isə hüquq müdafiəçisinin valideynləri doğulduğu Yevlax rayonunda polisə aparılıb.

Buna da bax:​ Bəşir Süleymanlının atasını polisə çağırıblar

“10 gün əvvəl Yevlax rayon Polis İdarəsinə getmişdik. Bir neçə gün əvvəl BMCMİ-nin əməkdaşı onu çağırmışdı. Polisə birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını söylədilər”, vəkil bildirib.

E.Sadıqov hələ ki, B.Süleymanlıdan hər hansı xəbər ala bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib, oradan soraqlaşacağını söyləyib.

B.Süleymanlının həmkarlarından hüquq müdafiəçisi Samir Kazımlı isə bir neçə gün əvvəl izlənilmələri barədə bildirib. Onun sözlərinə görə, ötən həftə onları yol polisi əməkdaşları saxlayıb.

Buna da bax: Keçmiş məhbuslar gənclərə işgəncənin araşdırılmasını tələb edirlər

“Polis Bəşir Süleymanlıya dedi ki, saxlamağın səbəbini o da bilmir, ona “efir”dən belə göstəriş verilib. Sonra polis kiməsə zəng etdi. Zəng etdiyi şəxs maşında neçə nəfər olduğunu soruşdu, polis də iki nəfər olduğunu dedi. Sonra polis kənara çəkilib telefonla danışığını davam etdirdi və gəlib Bəşir Süleymanlıdan adını, yaşını soruşdu və dedi ki, gedə bilərsiniz. Həmin vaxt B.Süleymanlının maşınını ağ Cip izləyirdi”, deyən hüquq müdafiəçisi bu gün, mayın 1-də də B.Süleymanlının izlədiyini bildirib.

“Bəşir Süleymanlı sonuncu dəfə yoldaşı ilə saat 14:05-də danışıb, deyib başqa işim çıxdı, dostlara zəng elə”, Samir Kazımlı bildirib.

Buna da bax:​ Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi

Məsələyə, hələlik, hüquq mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb.

B.Süleymanlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru olub.

2014-cü ildə o, iqtisadi cinayətlərdə ittiham olunaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq ittihamları qəbul etməyib. Sonradan o, vaxtından əvvəl əfv fərmanı ilə azad olunub.

B. Süleymanlı hazırda Vətəndaş Hüquqları İnstitutunun rəhbəridir.

* * *

Hüquq müdafiəçisi "bandotdel"ə aparılıbmış

Hüquq müdafiəçisi, keçmiş məhbus Bəşir Süleymanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (bandotdel) sərbəst buraxılıb.

Sərbəst buraxıldıqdan sonra B.Süleymanlı AzadlıqRadiosu-na idarəyə yanlışlıqla aparıldığını bildirib.

"Beynəlxalq Bankın həbsdəki rəhbəri Cahangir Hacıyevin siyasi məhbus hesab edilməsi ilə bağlı məlumat var imiş. Guya mən bu işlə bağlı olmuşam. Ancaq araşdırdılar və mənimlə bağlı yanlışlıq olduğunu müəyyən etdilər", B.Süleymanlı bildirib.

Hüquq müdafiəçisi idarədə onunla normal rəftar edildiyini də söyləyib.

Bəşir Süleymanlı "Bandotdel"dən çıxdı
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG