Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Qazax fəallar soydaşlarının Çinə deportasiyasına etiraz edirlər


Kaster Musakhanuly və Murager Alimuly
Kaster Musakhanuly və Murager Alimuly

Qazaxıstanda müxalifət fəalları hakimiyyət orqanlarını Çinin Sintzyan vilayətindən olan iki etnik qazaxın Çinə deportasiya edilməməsinə çağırıblar.

Müxalifətçilər dekabrın 9-da bildiriblər ki, Murager Alimuly və Qaster Musakhanuly Çinə deportasiya olunsalar böyük bir ehtimalla işgəncələrə məruz qalacaqlar.

Ötən həftə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi iki etnik qazaxın Çinə deportasiya olunacağını bildirmişdi.

Özlərini Qazaxıstan Demokratik Partiyasının üzvləri adlandıran müxalifətçilər deyiblər ki, bütün dünyadakı qazaxların hüquqlarını qorumaq Qazaxıstan hökumətinin vəzifəsi olmalıdır.

Çin-Qazaxıstan sərhədini qanunsuz keçdiklərinə görə saxlanmış Alimuly və Musakhanuly oktyabr ayında qaçqın statusu qazanmışdılar.

Bu iki nəfər həbs olunmazdan əvvəl Almatı şəhərində mətbuat konfransı keçirmişdilər. Bu mətbuat konfrandında onların Sintszyanda təqib olunduqları, Musakhanuly-nın isə regionadakı “təkrar tərbiyələndirmə” düşərgəsində olduğu bildirilmişdi.

Ötən ilin avqust ayında BMT bildirmişdi ki, Sintzyan vilayətində 1 milyonadək uyğur və digər müsəlman etnik azlıqların nümayəndələri “antiterrorr düşərgələrində” saxlanır.

BMT bildirib ki, bundan başqa Çində milyonlarla insan “təkrar tərbiyə” düşərgələrindədir.

2018-ci ilin avqustunda Qazaxıstan sərhədi qanunsuz keçdiyinə görə Çində axtarışda olan etnik qazax qadın Sairagul Sauytbayın Çinə deportasiyasından imtina edib.

Çindən ötən apreldə qaçmış Sauytbay demişdi ki, bu ölkədə minlərlə qazax, uyğur və başqa müsəlamanlar siyasi repressiyalara məruz qalır.

O habelə bildirmişdi ki, onu həmin düşərgələrdən birində təlimatçı kimi işləməyə məcbur ediblər və elə o vaxt onun məxfi sənədlərə girişi olub.

Qazaxıstan ona siyasi sığınacaq verməsə də, onu Çinə deportasiya da etməmişdi.

Son nəticədə Sairagul İsveçdə siyasi sığınacaq alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG