Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:33

Xəbər saytına prokurorluq xəbərdarlıq edib


Baş Prokurorluq

Baş Prokurorluq Politika.az portalına xəbərdarlıq edib.

Baş Prokurorluğun press-relizinə görə, buna səbəb Politika.az xəbər portalında müxtəlif başlıqlı məqalələrdə "təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Tarif Şurasının son qərarına ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirməsi" olub.

Portal “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozmaqda, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhddə ittiham olunur.

Buna da bax:​ Ekspert: 'İqtisadi siyasət iflasa uğrayıb'

"Həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilib. Vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilib", deyə prokurorluğun press-relizində bildirilir.

Xəbər portalının rəhbərindən reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilib. Ona gələcəkdə belə məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Buna da bax: 'Qara bazar' alverçisi: 'Dollar da var, rubl da...'

Politika.az dəqiq siyasi mövqeyi olmayan, müxtəlif səviyyəli məmurlar haqqında tənqidi materiallar dərc edən internet nəşridir.

Saytın rəhbərliyi, hələlik, xəbərdarlığa münasibət bildirməyib.

XATIRLATMA

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətlərini artırıb.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

Buna da bax:

Bahalaşma büdcənizə necə təsir göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Multimedia

XS
SM
MD
LG