Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Qarabağ-Roma 1-2 (VIDEO)


Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsininnövbəti oyununda İtaliyanın Roma klubuna 1-2 hesabı ilə məğlub olub.

Qonaqlar oyunun ilk 15 dəqiqəsində iki dəfə fərqləniblər: Manolas (7), Dzeko (15).

Qarabağ 39-cu dəqiqədə (Henrique) hesabda fərqi azaltsa da və ikinci hissəni əsasən hücumda keçirsə də, hesab dəyişməyib.

Bakı Olimpiya Stadionunda keçirilən bu matça rekord sayda - 65 min bilet satılıb.

Xatırladırıq ki, Qarabağ Çempionlar Liqasının Londonda keçirlən ilk matçında Chelsea klubuna 0-6 hesabı ilə məğlub olub.

Roma son 4 mövsümdə 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış edir.

Bu komanda ötən mövsüm Çempionlar Liqasının play off mərhələsində Portuqaliyanın Portu klubuna uduzub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG