Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:48

Ekspertlər: Qanunsuz tikilmiş evlərə görə məsuliyyəti dövlət daşımalıdır


Qarabağ separatçıları Paşinyanın "torpaq vermək" ittihamına cavab verir
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Qarabağ separatçıları Paşinyanın "torpaq vermək" ittihamına cavab verir

Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov bu günlərdə deyib ki, tezliklə sənədsiz evlərlə bağlı problem həllini tapacaq.

7 ildir Hövsanda yaşayan Nazim Təhməzov da nəhayət ki, evini rəsmiləşdirə biləcəyinə inanmaq istəyir, amma bildirir ki, hər ildə az qala bir dəfə bu məsələ gündəmə gəlir, aktuallaşır, sonra yenidən unudulub gedir:

“Evin sənədləri olmadığına görə adicə qeydiyyata belə düşə bilmirik. Bir arayışa görə Biləsuvara getməli oluram. Mən özüm II qrup əliləm, pensiya idarəsindən arayış lazım olur. Hər dəfə Biləsuvarın Sosial Müavinət idarəsinə getməli oluram. Bunların hamısı da kasıb adam üçün əlavə xərcdir”.

Nazim Təhməzovun evi Hövsanda “Zeytun Sovxozu 1” adlanan yeni yaşayış massivindədir.

Bu ərazilərdə torpaq yerlərinin çoxu sovet dönəmində Zeytun sovxozunun işçilərinə sərəncamla verilib.

Nizaməli Süleymanov da burada yaşayır. O deyir ki, bu torpaqlar ona valideynlərindən qalıb. Bütün arxiv idarələrini axtarıb, amma bu sərəncamı tapa bilməyib deyə, əmlakını rəsmiləşdirə bilmir.

Hüquqşünas İradə Cavadova deyir ki, Azərbaycanda mülklərin rəsmiləşdirilməsi ilə bağlı problem əsas iki səbəbdən qaynaqlanır. Birinci səbəb rəsmiləşdirmə üçün tələb olunan sənədlərin tapılmamasıdır. İkinci səbəb isə, mülklərin neft mədənləri ərazisində, yüksək gərginlikli elekrtik xətlərinin yaxınlığında, yol kənarında və digər hər hansı tikinti işlərinin aparılması yasaqlanan yerlərdə olmasıdır.

Onun sözlərinə görə, daha böyük problem məhz ikinci halda baş verir. Çünki bu tikililər qanunsuz hesab olunur.

İradə Cavadova deyir ki, bu halda məsuliyyəti vətəndaş deyil, yasaqlanan yerlərdə tikinti işlərinin aparılmasına göz yuman adiyyatı qurumlar daşımalıdır.

Elə mayın 16-da Eldar Əzizovun iştirakı ilə Binəqədi qəsəbə sakinləri ilə görüşdə də bu məsələ müzakirə olunub. Həmin görüşdə bildirilib ki, qəsəbənin ərazisinin 2/3-si Dövlət Neft Şirkətinə məxsusdur və SOCAR ordakı tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət edib. Bu da vətəndaşların ciddi narazılığına səbəb olub.

Eldar Əzizov deyib ki, hökumət bu məsələ üzərində işləyir, komissiya yaradılıb:

“Bu çox böyük problemdir. 10 il, 20 il bir vətəndaş evində yaşayır, ev tikib amma bunu rəsmiləşdirə bilmir. Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılıb və sənəd hazırlanır. Yəqin ki, bu məsələ tezliklə, özü də nəinki Bakı üzrə, eləcə də bütün respublika üzrə öz həllini tapacaq”.

Qanunsuz evlərə amnistiya

Əmlak Məsələləri Dövlət Komitəsi hələ mart ayının 14-də məlumat yaymışdı ki, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Həmin açıqlamada qeyd olunurdu ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

Hüquqşünas İradə Cavadova hesab edir ki, yeni konsepsiya elə bir qaydada hazırlanmalıdır ki, bütün sənədsiz ev problemi olan vətəndaşları əhatə etsin:

“Yəni, faktiki olaraq, sənədsiz evlərlə bağlı amnistiya olmalıdır. İndi dövlət qurumları əsas səbəb kimi onu göstərirlər ki, tikintilər qanunsuz ərazilərdə aparılıb. Artıq bundan sonra həmin ərazilərdə hər hansı tikintilərinin aparılması yasaqlanmalıdır. Amma indiyə kimi vətəndaşın min bir əziyyətlə tikdiyi evlərin mülkiyyət hüququ tanınmadılır. Çünki ona kimsə göz yumub və vətəndaş da ev tikibsə, bu onun günahı deyil”.

İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin eksperti Rəşad Həsənov isə düşünür ki, bəzi ərazilərdə məskunlaşmaq sağlamlıq və təhlükəsizlik baxımından risklidirsə, bu zaman ordakı vətəndaşlar dövlət hesabına başqa ərazilərə köçürülməlidir. Yox, hər hansı bir təhlükə yoxdursa, o zaman həmin torpaqların təyinatı dəyişdirilə bilər. Onun fikrincə, yüz minlərlə insan dövlət qurumlarının buraxdığı nöqsanların qurbanıdır, onların hüquqları kütləvi şəkildə pozulub və dövlət də vətəndaşa ziyan dəymədən bu problemi həll etməlidir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sənədsiz evlərin tikilməsinə kim icazə verir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

2011-ci ildə də İlham Əliyev Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması ilə bağlı o vaxtkı icra başıçısına tapşırıq vermişdi. Amma 8 ildən çoxdur ki, bu sahədə heç bir irəliləyiş yoxdur.

“Dünya Bankı”nın isə bir neçə il öncə sənədsiz evlərlə bağlı apardığı araşdırmaya görə təkcə Bakıda 500 min sənədsiz tikili var. Araşdırmaya görə bu mülklərin böyük əksəriyyəti 2004-cü ildən sonra tikilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG