Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:58

‘Sənədsiz evlər sənədləşdiriləcək’ xəbərinə niyə heç də hamı inanmır?


Nazarbayev hara gedir? Onu kim əvəz edəcək?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Nazarbayev hara gedir? Onu kim əvəz edəcək?

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, özbaşına və sənədsiz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır.

Komitə bildirir ki, tapşırıq Prezident Administrasiyasından gəlib.

Qurumdan AzadlıqRadiosuna bildiriblər ki, konsepsiya ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Hələlik detallar barədə açıqlama verməyiblər.

50 ildir ki, Bakının Hövsan qəsəbəsində sənədsiz evdə yaşadığını deyən Hidayət Baxşıyev hökumətin bu anonsuna o qədər də inanmadığını deyir.

“Deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa”… 50 ildir burda yaşayırıq. Azərbaycan vətəndaşının şəxsi mülkiyyəti tanınmır. Problem odur ki, bankdan pul götürə bilmirsən, öz evinə qeydiyyata düşə bilmirsən. 50 ildir burda yaşayıram, hələ də 1 nömrəli Abşeron sovxozunun yataqxanasında qeydiyyatdayam. Bəzilərini polisə qeydiyyata salırlar. Sənəd olmayanda da 1000-2000 manat pul istəyir”.

Hidayət Baxşıyev deyir ki, illərdir ki, müxtəlif dövlət qurumları onu gözlədirlər, müxtəlif səbəb gətirib, sənəd vermirlər. Onun sözlərinə görə, halbuki, 4-5 min rüşvət verib, elə indinin özündə də sənədsiz ev tikdirmək mümkündür.

Daşınmaz Əmlak Məsələləri üzrə Komitədən bildiriblər ki, camaat kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

Sosail və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, yüz minlərlə insan dövlət qurumlarının buraxdığı nöqsanların qurbanıdır, vətəndaşların hüquqları kütləvi şəkildə pozulub. İqtisadçı bildirir ki, vətəndaş zamanında qanunu pozub, ancaq buna göz yuman hökumət, rəsmi qurumlar olub və ona görə də bu gün bunun cəzasını dövlət qurumları çəkməlidir, nəticəsi nə qədər baha başa gəlsə də, problem həll olunmalıdır:

“Tikinti aparılanda dövlət qurumları rüşvət qarşılığında və ya himayədarlıq nəticəsində buna göz yumublarsa və insanlar da xərc çəkib ev tikibsə, məskunlaşıbsa, artıq burda torpağın təyinatının əhəmiyyəti olmamalıdır. Hətta kənd təsərrüfatı təyinatlı torpaqlarda belə bina tikilib, şəhərciklər salınıbsa, bu o deməkdir ki, sənin sistemin işləməyib. Artıq həmin torpaqları kənd təsərrüfatına qaytarmaq, dövriyyəyə qatmaq gecikmiş fikirdir”.

Rəşad Həsənov təklif edir ki, bu cür daşınmaz əmlak sahiblərinə amnistiya verilsin və onların evləri sənədləşdirilsin.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin məlumatına görə, Bakıda sənədsiz evlərin sayı yarım milyona yaxındır. Bu sənədsiz evlərin bir qismi neftlə çirklənmiş ərazidədir. Bəs bu cür yaşayışa yararlı olmayan ərazilərdə yaşayanlarla bağlı dövlət hansı tədbir görsün?

Sosial və İqtisadi İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Həsənov deyir ki, dövlət əgər onları köçürəcəksə, bu zaman təzminatı ərazisində ev tikməyə icazə vermiş qurumlar ödəyə bilər:

“Məsələn, belə qanunsuz tikililərin bir qisminə görə, SOCAR-ın mühafizə xidməti cavabdeh olub. Təzminatın bir hissəsini ödəməyi SOCAR-a həvalə etmək olar”.

Bakı və ətraf kəndlərində özbaşına inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.

Prezident İlham Əliyev 2011-ci il martın 9-da da keçirdiyi müşavirədə Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı. Indi isə görünür buna bənzər iş Dövlət Əmlak Komitəsinə tapşırılıb. Amma hələlik komitə məsələni necə həll edəcəyini ictimaiyyətə açıqlamayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG