Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 11:52

'Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir'

Vüqar Bayramov
Vüqar Bayramov

Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Komitənin martın 14-də yaydığı məlumata görə, konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək.

Məlumatda Prezident Administrasiyasından konsepsiya hazırlanması tapşırığı gəldiyi qeyd olunur.

Komitə bildirir ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

İqtisadi və Sosial İnkişaf Mərkəzi bir neçə il əvvəl sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.

Mərkəz sədri Vüqar Bayramov təkliflərini hökumətə 4 il əvvəl təqdim etdiklərini xatırladaraq deyir ki, onların konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

“Müvafiq komitənin bu istiqamətdə həm araşdırma, həm də qiymətləndirmə apardığı nəzərə alınsa, bizim təklifə uyğun olaraq “amnistiyanın” verilməsi daha məqsədəuyğun olardı. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Aparılan monitorinqlər göstərir ki, bu cür evlərə “amnistiya” verilməsi vacibdir. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

“Onların 70 minə yaxını…”

Vüqar Byaramov-un sözlərinə görə, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir:

“ Onların 70 minə yaxını inşaata icazə verilməyən ərazilərdədir. Bunların da bir qismi nisbətən təhlükəli ərazilər sayılır. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin üzərində, yaxınlığında olan yerlərdir. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə var. Bu ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Digər hissə isə kənd təsərrüfatı üçün istifadə ediləcək ərazilərdə tikilib”

Bakı, "Kubinka"
Bakı, "Kubinka"

​İqtisadçı daha sonra da deyib ki, bu tip evlərin sənədləşdirilməsi daha məqsəduyğundur:

“ Çünki artıq evlər inşa edilib və bundan yerli icra hakimiyyət orqanlarının, bələdiyyələrin məlumatı olub. Ancaq bu qurumlar çox fərqli səbəblərdən həmin evlərin inşasına şərait yaradıblar. Bizim təqdim etdiyimiz paket ev sahiblərinin mülkiyyət hüququnun tanınmasını nəzərdə tutur. Xüsusən də hündür mərtəbəli binaların təhvil verilməsi ilə bağlı prosedur sadələşdiriləndən sonra növbəti mərhələ olaraq sənədsiz evlərin sənədləşdirilməsi gündəmdədir. Güman edirəm ki, yaxın zamanlarda bu yöndə addımların atılması mümkündür”.

"Kubinka" yavaş- yavaş sökülür

Evlər o qədər sıx tikilib və oynamağa meydança  olmadığından uşaqlar avtomobil yolunda oynayırlar
1/17 Evlər o qədər sıx tikilib və oynamağa meydança  olmadığından uşaqlar avtomobil yolunda oynayırlar
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Məhəllə sakinləri deyir ki, Kubinkada elə adamlar olub ki, adları ilə məşhur olub. "777" adı da üç qardaşın birliyini göstərir bu məhəllədə
2/17 Məhəllə sakinləri deyir ki, Kubinkada elə adamlar olub ki, adları ilə məşhur olub. "777" adı da üç qardaşın birliyini göstərir bu məhəllədə
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
"Taxi Jeri" yazılı divarın qarşısı məhəllədəki taksi sürücülərinin dayanacağıdır.
3/17 "Taxi Jeri" yazılı divarın qarşısı məhəllədəki taksi sürücülərinin dayanacağıdır.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Məcid Soltanov 64 yaşındadır, 47 ildir tokarlıqla məşğuldur. Əvvəllər Kubinkada yaşasa da sonra köçməli olur burdan.
4/17 Məcid Soltanov 64 yaşındadır, 47 ildir tokarlıqla məşğuldur. Əvvəllər Kubinkada yaşasa da sonra köçməli olur burdan.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Elşad Eyvazovun 27 yaşı var 14 yaşından atasının yanında qalayçılığı öyrənməyə başlayıb.
5/17 Elşad Eyvazovun 27 yaşı var 14 yaşından atasının yanında qalayçılığı öyrənməyə başlayıb.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
"Kubinka"nın hündürmərtəbəli binadan görünüşü
6/17 "Kubinka"nın hündürmərtəbəli binadan görünüşü
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
7/17
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Məşədi Dadaş məscidinin qarşısında oturub nəzir yığdığını deyən məhəllə sakini.
8/17 Məşədi Dadaş məscidinin qarşısında oturub nəzir yığdığını deyən məhəllə sakini.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Yeni binaları tikildikcə köhnə evləri sıxılıb bir kənara qısılan adamlara oxşadırlar məhəllə sakinləri
9/17 Yeni binaları tikildikcə köhnə evləri sıxılıb bir kənara qısılan adamlara oxşadırlar məhəllə sakinləri
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Zaur Umarov bu məhəllədə doğulub, burada böyüyüb. Məhəllədə ona "komendant" deyirlər
10/17 Zaur Umarov bu məhəllədə doğulub, burada böyüyüb. Məhəllədə ona "komendant" deyirlər
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
&quot;Kubinka uşaqları&quot; daha çox işsizlikdən şikayətlənirlər<br />
&nbsp;
11/17 "Kubinka uşaqları" daha çox işsizlikdən şikayətlənirlər
 
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Kubinkada yaşayanlar əvvəllər burada daha isti qonşuluq, mehribançılıq olduğunu deyirlər. İndi isə köhnə sakinlərin çoxu köçüb.
12/17 Kubinkada yaşayanlar əvvəllər burada daha isti qonşuluq, mehribançılıq olduğunu deyirlər. İndi isə köhnə sakinlərin çoxu köçüb.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Kubinkada yaşayanlar neçə illərdir buranın söküləcəyini eşidir və hələ ki, kiçik ərazidəki tikintilər istisna olmaqla real bir işin olmadığını deyirlər.
13/17 Kubinkada yaşayanlar neçə illərdir buranın söküləcəyini eşidir və hələ ki, kiçik ərazidəki tikintilər istisna olmaqla real bir işin olmadığını deyirlər.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Bakıda indi bu cür arxitekturalı evlər Kubinka kimi köhnə məhəllələrdə qalıb. Bunları isə yavaş-yavaş söküb yerinə ya park salırlar, ya da bina tikirlər.
14/17 Bakıda indi bu cür arxitekturalı evlər Kubinka kimi köhnə məhəllələrdə qalıb. Bunları isə yavaş-yavaş söküb yerinə ya park salırlar, ya da bina tikirlər.
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Uzun illərdir burada yaşayan Məcid Soltanov deyir, məhəllədəki evlərin evlərin yaşı 100 ildən çoxdur, təhlükəli durumdadır.<br />
&nbsp;
15/17 Uzun illərdir burada yaşayan Məcid Soltanov deyir, məhəllədəki evlərin evlərin yaşı 100 ildən çoxdur, təhlükəli durumdadır.
 
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Son illər aparılan söküntü işləri dam ütsə damları olan, iç-içə qapıları ilə dolanbac yaradan, pəncərə qonşusu olan bu evlərin də sonunu yaxınlaşdırır
16/17 Son illər aparılan söküntü işləri dam ütsə damları olan, iç-içə qapıları ilə dolanbac yaradan, pəncərə qonşusu olan bu evlərin də sonunu yaxınlaşdırır
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Başqa köhnə məhəllələr kimi Kubinka da söküldükcə yerində hündürmərtəbəli binalar tikilir
17/17 Başqa köhnə məhəllələr kimi Kubinka da söküldükcə yerində hündürmərtəbəli binalar tikilir
"Kubinka" -  Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb
Öncəki slayd
Növbəti slayd

​Xatırlatma

Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.

Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı.

XS
SM
MD
LG