Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:26

Şimali Koreya yenə də raket atır


Pxeyan bu il qitələrarası ballistik raketlər də daxil bir neçə raketin sınaq atışını keçirib

Cənubi Koreya hərbçiləri xəbər verirlər ki, Şimali Koreya ballistik raket atıb.

ABŞ-ın Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreyadan atılan və 1000 kilometr məsafəni qət edərək Yapon dənizinə düşən raket radarda qeyd olunub və izlənib.

Pentaqon bunun qitələrarası ballistik raket olduğuna inandığını bəyan edib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi deyib ki, Şimali Koreya ballistik raketi Qrinviç vaxtı ilə axşam 6:17 radələrində Cənubi Pxenando vilayətinin Pxenson məntəqəsindən Cənubi Koreya ilə Yaponiya arasındakı dəniz akvatoriyasına atıb.

Seul bildirir ki, bu hərəkətə özünün raket sınaqlarına başlamaqla cavab verib.

Cənubi Koreya və Birləşmiş Ştatlar hazırda atılan raketin tipini müəyyənləşdirməyə çalışırlar.

Raketin uçduğu məsafə və Yaponiya üzərindən keçib-keçmədiyi hələlik məlum deyil.

Pxeyan bu il qitələrarası ballistik raketlər də daxil bir neçə raketin sınaq atışını keçirib və özünün 6-cınüvə partlayışını sınaqdan çıxarıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG