Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Bloomberg: Putinin ‘dollardan imtinası’ Rusiyanı nəhəng gəlirdən məhrum edib


The Bloomberg saytı yazır ki, prezident Vladimir Putinin öz ölkəsinin iqtisadiyyatını dollardan ayırmaq eksperimentinin birinci ilində Rusiya potensial olaraq 7.7 milyard dollar gəlirdən məhrum olub.

Rusiyanın Mərkəzi Bankı maliyyə əməliyyatlarının dollarsizlaşdırılması məqsədilə avro və yuan kimi daha zəif məzənnəli valyutalara üz tutub.

Nəticədə Rusiya iqtisadiyyatı ötən bir il ərzində dolların məzənnəsindəki 6,5 faizlik yüksəlişdən faydalana bilməyib.

Bloomberg-in hesablamasına görə, əgər Rusiya özünün 531 milyard dollarlıq ehtiyat fondunda dollara söykənən əvvəlki strukturu saxlasaydı, fondun gəliri 3,8 faiz artacaqdı.

Vaşinqtondakı Beynəlxalq İqtisadiyyat İnstitunun baş iqtisadçısının müavini Elina Ribakova deyib ki, “maliyyənin geosiyasi maraqlara tabe etdirilməsinin belə riskləri olur”.

Rusiya sanksiyalardan müdafiə olunmaq üçün dollar ehtiyatlarının yarısını ayrı valyutalara çevirmişdi.

Bloomberg yazır ki, Putinin ötən ilin ikinci yarısından dollardan imtina etmək qərarı Rusiya iqtisadiyyatını “dollarsızlaşdırmaq” siyasətinin tərkib hissəsi olmalı idi.

Bu qərar Moskva və Vaşinqton arasında münasibətlərin çox gərgin olduğu bir vaxtda qəbul edilmişdi və Rusiyanın sanksiyalar qarşısındakı zəifliyini azaltmalıydı.

Goldman Sachs Group Inc şirkətinin hesablamasına görə iqtisadiyyatın dollarsızlaşdırılması Rusiyanı yuanın (toplam 70 faiz olmaqla) qlobal miqyasda ən böyük əmanətçisinə çevirib.

Rusiya Bankının rəhbəri Elvira Nabiullina ötən may ayında demişdi ki, iqtisadiyyatın dollarsızlaşdırılması “zəruri addım” idi.

Buna baxmayaraq dolların iqtisadiyyatdan tamamilə çıxarılması böyük risk deməkdir. Çünki xarici borcların ödənilməsi üçün kifayət qədər dolların olması zəruridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG