Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

'Dollarla Sizif mübarizəsi'-Media icmalı


"Avtodayanacaqlarda siçanlar oynayır"
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

"Avtodayanacaqlarda siçanlar oynayır"

Azərbaycan parlamentinin yaranmasının 100 illiyi, paytaxtda avtomobil parklanmasında qanunsuzluqlar, dollar əleyhinə təşəbbüslər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Dayanacaqda yığılan pullar

Modern.az «Deputatdan meriyaya ciddi ittiham-Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə axır?» sərlövhəli yazı oxumaq olar.

Yazıda Bakıda avtomobillərin saxlandığı duracaqlarda yaşanan xaotiklik müzakirəyə çıxarıb.

Müəllif xatırladıb ki, dövlət başçısı İlham Əliyev bu il iyulun 6-da bu məsələ ilə bağlı fərman imzalayıb. Həmin fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanmanın, durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtibi məqsədilə foto və ya video qeydiyyat vasitələrinin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə olunub. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan dayanacaqlar da BNA-nın nəzarətinə verilib.

Müəllifin bildirməsinə görə, hazırda Bakının bir çox dayanacaqlarında ödəniş terminalları işləmir: «Özünü Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən, əlində xüsusi səyyar aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün ən azı 50 qəpik, ya da 1 manat ödəniş tələb edirlər».

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin onların əməkdaşları olmadığını deyib: «Hazırda BNA ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığı üçün hələlik onlar tam olaraq BNA-nın balansında deyil. Sürücülərdən parkinq haqqı tələb edən şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmirəm, amma bu qanunsuzdur».

Deputat və hüquqşünas Çingiz Qənizadə isə sayta bildirib ki, təhvil-təslim işlərinin aparıldığı bir vaxtda vətəndaşlardan ödəniş tələb edilməsi qanunsuzdur: «İllərdir bu sahədə xeyli qanunsuzluq, özbaşınalıq, nəzarətsizlik hökm sürür...».

Amma yazıda məsələyə Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Dollar
Dollar

Dolların gücü

Qafqazinfo.az saytında «Dollardan imtina etsələr nə dəyişəcək?» sualı gündəmə daşınır.

Sayt başlığa çıxarılan suala iqtisadçı-ekspert Məhəmməd Talıblıdan cavab almağa çalışıb.

Ekspert ABŞ dollarına qarşı indiki halda «savaş»ı nəticəsiz Sizif əməyinə bənzədir: «Məncə, bu aksiyalar emosional dalğada ləpə öldürmək kimi bir şeydir, sonunda isə dalğa öz bildiyinə nail olur».

M.Talıblı hesab edir ki, məsələnin iqtisadi tərəfini dəyərləndirmək lazımdır. O, obrazlı ifadə ilə vurğulayır ki, «dollar bir gecə yatıb, səhəri də dünya valyutası olmayıb».

Ekspert deyib ki, dolların dünya bazarında dominant rolunu ifadə edən bir neçə göstərici var. Onun fikrincə, bunları nəzərə almadan dolların gerçək gücünü dərk etmək mümkün deyil. İqtisadçı birincisi amil kimi dollara olan böyük inamın olması fonunda onun saxlanc vasitəsi kimi qəbul edilməsini göstərir: «Hazırda dünya aktivlərinin 62.7 faizi məhz dollarda saxlanılır».

Ekspertə görə, burada ikinci göstərici dollarla aparılan ticarətin xüsusi çəkisinin böyük olmasıdır: «Belə ki, hazırda dünyada ticarətin 60 faizi dollarla, 20 faizi avro ilə, yerdə qalan 20 faizi isə digər valyutalarla aparılır».

İqtisadçı xarici ticarətdə dollardan imtina etmək istəyən bəzi ölkələrinin səylərinin ciddi nəticə verəcəyinə bir qədər şübhə ilə yanaşır.

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

Müsəlman Şərqinin ilk parlamenti

«Azərbaycan» qəzetində dərc edilən «Dövlətçilik irsimizin parlaq səhifəsi» sərlövhəli yazıda Azərbaycanda parlament ənənələri dəyərləndirir.

Yazı Azərbaycan Xalq Cümhuriyyəti parlamentin 100 illik yubileyinə həsr edilib.

Mövqeləri öyrənilən ayrı-ayrı deputatlar Azərbaycanda parlament yaradılmasını, onun fəaliyyətini və tarixliklə müasirlik arasında ənənələri qiymətləndiriblər.

Deputat Səttar Möhbalıyev 100 il öncə Azərbaycanda parlament qurulmasını «müsəlman Şərqində parlament mədəniyyətinin əsasının məhz Azərbaycanda qoyulması» adlandırır: «Bu parlament 17 aylıq fəaliyyəti dövründə qəbul etdiyi qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin, zəngin iz qoydu».

Deputat Novruzəli Aslanov da həmkarının fikrilərini davam etdirərək deyib ki, «100 il əvvəl Azərbaycanda müasir parlamentarizmin əsası qoyuldu».

N.Aslanov hesab edir ki, 70 illik sovet dönəmi ölkədə demokratik inkişafa və o cümlədən parlamentarizm ənənələrinə ağır zərbə vurub.

Deputat vurğulayıb ki, müstəqillik dövrünün ilk illərində Azərbaycan Ali Soveti xalqın dəstəyindən məhrum olub.

Deputat Tahir Mirkişili isə deyib: «Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla, xalqımızın müstəqillik arzularını bu gün layiqincə doğruldur. Ölkədə zəngin qanunvericilik bazasının formalaşmasında yorulmadan çalışan Milli Məclis ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və dövlətimizin güclənməsində əvəzsiz xidmətlər göstərir...».

XS
SM
MD
LG