Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Trump-la Putin görüşdü: Tərifli sözlər...


Putin: 'Bundan Trump-a qarşı istifadə etməyə çalışırlar'
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Putin: 'Bundan Trump-a qarşı istifadə etməyə çalışırlar'

Noyabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trump arasında qısa söhbət olub.

Onlar Vetnamda Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq toplantısı zamanı görüşüblər.

Putin deyir ki, görüş çox səmərəli keçib, amma təəssüf ki, münasibətlərin geniş spektrini müzakirə etmək imkanı olmayıb.

“Bilirsiz ki, mən Donald Trump-ın vərdişləri haqda az şey bilirəm. Bir-birimizi yaxından tanımırıq. Onu deyə bilərəm ki, Amerika prezidenti çox mədəni, dostyana davranır. Geniş müzakirələrə vaxtımız olmadı, halbuki müzakirə olunası çox şey var. Təhlükəsizlik sahəsində. Xüsusən də indi sıfır səviyyəsində olan iqtisadi əməkdaşlıq sahəsində”.

Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbəri özünü təqsirli bilmir

Putin deyir ki, mütləq Amerika prezidenti ilə vaxt tapıb geniş tərkibdə görüşəcəklər. O, Donald Trumpın müzakirələrə açıq, rahat bir adam olduğunu deyib.

Putin Trump-ın seçki kampaniyasının meneceri olmuş və Rusiya ilə gizli əlaqələrdə suçlanan Pol Manafort haqda həbs qərarı çıxarılmasına da münasibət bildirib.

Rusiya prezidenti deyir ki, Manaforta qarşı ittihamlar onun biznesmen kimi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçlə əlaqələri üzərində qurulub. Onun fikrincə, bu, onu Rusiya ilə əlaqələrdə suçlamaq üçün yetərli deyil. Rusiya prezidentinin fikrincə, sadəcə rəqibləri hər bir şeydən Donald Trumpa qarşı istifadə etməyə çalışırlar.

İndi ABŞ-da Rusiyanın ABŞ-da keçirilmiş ötənilki seçkilərə mümkün müdaxiləsi araşdırılır. Trump Rusiyanın onun president seçilməsinə kömək etməsi haqda deyilənləri rədd edir.

Putin Rusiya dövlətinin maliyyələşdirdiyi 'Russia Today' beynəlxalq telekanalının ABŞ-da sıxışdırıldığını iddia edib.

Onun fikrincə, Rusiya mediasının ABŞ-dakı seçkilərə müdaxiləsini təsdiqləyən heç bir sübut yoxdur.

ABŞ-da RT-dən "xarici agent" kimi qeydiyyatdan keçmək tələb olunur.

Putin hesab edir ki, bu, söz azadlığına basqıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG