Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:31

Trump-ın keçmiş kampaniya rəhbərini ev məhbusluğundan azad etməyiblər


Paul Manafort
Paul Manafort

ABŞ hakimi prezident Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort-un, onun ev məhbusluğundan azad edilməsinə dair müraciətini rədd edib.

Noyabrın 2-də Vaşinqtonda keçirilən məhkəmə dinləməsi zamanı hakim Amy Berman Manafort və onun biznes şəriki Rick Gates-in ev məhbusu kimi qalması barədə qərar çıxarıb.

Onların hər ikisi Ukraynadakı siyasi qüvvələrlə işbirliyi zamanı Birləşmiş Ştatlara qarşı fırıldaqçılıq əməllərinə yol verməkdə ittiham olunur.

Sözü gedən iki şəxs, hakimi ölkədən qaçmaq risklərinin olmamasına inandırmağa çalışırdı.

Manafort-un zaminə buraxılması üçün 10, Gates üçünsə 5 milyon dollar məbləğində zəmanət təyin edilmişdi.

Onların hər ikisi təqsirli olduqlarını inkar edir.

Təqsirləri isbat olunarsa Manafort-u 12 ildən 15 ilədək, Gates-i isə 10 ildən 12 ilədək həbsxana cəzası gözləyir.

Hakim şübhəlilərin vəkillərinə bu iş barədə məhkəmə xaricində danışmamaq tapşırığı verib.

Hakim həmçinin bildiirb ki, zəmanət məbləğləri olduğu kimi saxlanır və onlardan istifadənin mümkünlüyü barədə qərar 6 noyabr dinləməsi zamanı qəbul edilə bilər.

Əsas mühakimə prosesinin gələn ilin aprelindən başlanacağı gözlənilir.

Manafort və Gates-ə qarşı ittihamlar Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatından qaynaqlanıb.

İttihamnamədə deyilir ki, bu iki şəxs moskvayönlü Ukrayna prezidenti Viktor Yanukoviç üçün gördükləri işdən 2010-2014-cü illər arasında milyonlarla dollar qazanıblar.

Sənəddə bildirilir ki, Manafort və Gates Ukraynadan qazandıqlarını ABŞ hakimiyyət orqanlarından gizlətmək üçün bir sıra ABŞ və xarici şirkətlər və bank hesabları vasitəsilə 2006-2016-cı illər arasında çirkli pulların yuyulması əməlinə əl atıblar.

68 yaşlı Manafort özünün müdafiə sənədlərində yazıb ki, bu məsələ Mueller tərəfindən şişirdilib və onun siyasi müşavir kimi işi həm də qlobal pul köçürmələrini nəzərdə tuturdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG