Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:34

Rusiya Qazaxıstanı şimal əraziləri ilə bağlı çoxdan cırnatmağa başlayıb


Vladimir Putin və Nursultan Nazarbaev. Almatı, 27feb2017.
Vladimir Putin və Nursultan Nazarbaev. Almatı, 27feb2017.

AzadlıqRadiosu-nun qazax xidmətinin köşə yazarı Gulnara Bazhkenova yazır ki, Qazaxıstanda ilk baxışdan siyasətdən uzaq görünən sadə insanlar belə Rusiyanın daxili işləri barədə məlumatlıdır.

Onlar regionların rəhbərlərini və Dövlət Dumasının deputatlarını adlarıyla tanıyır, Rusiyanın daxili problemləri ilə bağlı məsələlərə şərh verməyi sevirlər. Qazaxıstanlılar Rusiya ilə bağlı mövzularda gündə internetə milyonlarla axtarış göndərir, minlərlə post və məqalə paylaşırlar. İnsanların bir qismi Qazaxıstanın asanlıqla əldə etdiyi müstəqilliyini itirəcəyi qorxusu ilə yaşayır. Qorxu isə asan manipulyasiya oluna bilən hissdir. Siyasətçilər də belə kollektiv fobiyalardan yararlanmağı çoxdan öyrəniblər.

Buna da bax:​ Rusiyanın Suriyada daha bir arsız məqsədi var...

QAZAXISTANDA YAŞAYAN RUSLAR

Təbii ki, Ukraynadakı hadisələr bu xoşagəlməz durumu daha da qızışdırır. Ancaq Rusiya Qazaxıstanı şimal əraziləri ilə bağlı çoxdan cırnatmağa başlayıb. Ölkənin müstəqilliyinin bütün 25 ili ərzində bu hal davam edib. Rusiya siyasətçiləri vaxtaşırı Qazaxıstanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirirlər. Çox zaman belə hücumlar siyasi gərginlik, yaxud da danışıqlarla eyni vaxta düşür. Vladimir Zhirinovsky isə daim Qazaxıstanda yaşayan rusların məsələsini qaldırıb.

Doxsanıncı illərin Rusiyasında keçmiş qardaş respublika Qazaxıstanı dəng eləməyə iki əsas məsələ var idi: tranzit neft ventili və "rus məsələsi". LDPR-in üzvü Pavel Shperov-un çeynənmiş sözləri də, çox güman ki, təsadüfi deyil, Qazaxıstan prezidenti administrasiyası rəhbərinin keçmiş müavini Baglan Maylybayev-in həbsi ilə bağlıdır. Maylybayev-i qanunsuz pul yığmaqda, dövlət sirlərini başqa dövlətin xeyrinə yaymaqda ittiham edirlər. Astana Maylybayev-i sakitcə uzaqlaşdıra bilərdi, ancaq onu həbs etməkdən çəkinmədi. Hərçənd onun casusluq etdiyi ölkənin adını çəkərək açıq casus qalmaqalı yaratmaqdan çəkindi. İstintaq işin ayrıntılarını bugünə qədər də açıqlamayıb. Açıqlamaqsa o qədər də asan deyil. Belə ki, Maylybayev-in konkret olaraq hansı qonşu dövlətə casusluq etdiyini demək rəsmi reaksiya tələb edəcək. Çünki müttəfiq dövlətlərin yüksək rütbəli məmurlarını casusluğa cəlb etmək yaxşı iş deyil. Bu o deməkdir ki, həmin dövlət bir o qədər də müttəfiq deyil.

Buna da bax: Rusiyalı politoloq: Yerevan Moskvanı hirsləndirsə…

RƏSMİLƏR ANCAQ TİCARƏTDƏN DANIŞIR

Maylybayev-dən başqa, prezident administrasiyasında onun keçmiş işçisi Galikhin də var. Onun sosial şəbəkələrdəki hesabları "rus dünyası" uğrunda mübarizə barədə yazılarla dolu idi. Bundan başqa, Donbasdakı münaqişənin ittiham olunan iştirakçıları və internetdə separatçı fikirlər səsləndirən marjinallar var. Ancaq Qazaxıstanda həm də sosial şəbəkələrdə Putin barədə mənfi fikirlər paylaşmış bir şəxs həbs edilib. Bir çoxları ya «rus dünyası" uğrunda, ya da "rus dünyası" ilə mübarizə aparırlar. Hərçənd, Putinin tez-tez xizək sürməyə gəldiyi Şımbulakda və prezidentlərin rəsmi görüşlərində bu barədə heç nə deyilmir. Rəsmilər yalnız, sülh, dostluq və ticarət mübadiləsindən danışırlar.

Buna da bax:​ Lapşini tutan Lukaşenko bu dəfə Rusiyaya xoş gələcək jest etdi

Müəllif yazır ki, Qazaxıstanda yaşayan ruslar heç vaxt ciddi tədqiqat və müzakirə mövzusu olmayıb. Ancaq onlardan siyasi oyunlarda “kozır” kimi yararlanırlar. Qazaxıstanda yaşayan ruslar Rusiya prezidenti Vladimir Putin-in Qazaxıstanda yanan ulduzunun enerji mənbəyidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG