Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Putin Rusiya xalqlarının dilləri barədə ziddiyyətli fikir yürüdüb


Prezidenti Vladimir Putin çoxmillətli Rusiya xalqlarının ana dilləri haqqında söylədiyi fikirlərə görə sosial mediada həm tənqid, həm də tərif olunur.

O iyulun 20-da Mari Elə səfəri zamanı deyib ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir.

O deyib ki, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir.

Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib.

Putinin bu bəyanatını internetdə müzalkirə edənlər bu qeydlərin federalizm prinsipinə zidd olduğunu bildirirlər.

Tənqidçilər deyirlər ki, bu, həm də milli mədəniyyət və dillərin dirçəldilməsi səylərinə ziyan vura bilər.

Lakin bir çoxları prezidentin sözlərini alqışlayaraq deyirlər ki, ruslar öz dillərindən başqa hər hansı dili bilmək məcburiyyətində deyillər.

Mari Elin 700 minlik əhalisinin 52 faizi etnik marilərdir. Bir çox marilər Ural dil ailəsinə aid olan dillərinin qorunub saxlanmasını istəyirlər.

Mari Eldə və Rusiyanın bir çox etnik regionlarında yeri dillər rus dili ilə yanaşı dövlət dili statusu daşıyır.

Son illərdə etnik regionlarda yaşayan ruslar bu ərazidəki məktəblərdə yerli dillərin icbari qaydada tədrisinə etiraz ediblər.

Aprel ayında Volqa çayı boyunca yerləşən Mari El, Tatarıstan və Çuvaşiyada Dil Günü təntənə ilə qeyd olunub.

Bu kampaniyanın adı “Mən ana dilimdə danışıram!” idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG