Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

'178 qəsdən adamöldürmə cinayətindən 172-nin üstü açılıb'


Azərbaycanın baş prokuroru Zakir Qaralov, Şəkidə, 12 iyul 2013

2016-cı ildə 178 qəsdən adamöldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən gizli şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunub.

Bu haqda fevralın 4-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verilib.

Xəbəri Baş Prokurorluğun saytı yayıb.

Xəbərdə deyilir ki, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

9 nəfər prokurorluq orqanlarından uzaqlaşdırılıb

2016-cı ildə prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə isə 9 nəfər prokurorluq orqanlarından çıxarılıb.

Məlumatda deyilir ki, onlar "prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə" işdın çıxarılıblar.

İcra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG