Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

Daha 7 nəfər prezidentliyə namizəd oldu


Hafiz Hacıyev

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iddialıların sayı 12-yə çatıb .

Bu gün, fevralın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin namizədliyinin təsdiq edilməsi məsələsinə baxıb.

APA-nın xəbərinə görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyevin, Sosial Demokrat Partiyasından Araz Əlizadənin və Müasir Müsavat Partiyasından Hafiz Hacıyevin sənədlərinə baxılıb.

Habelə namizədliyini özü verənlərdən Asif Məmmədovun, Elşən Həsənovun və “Cəbhəçilərin təşəbbüs qrupu”nun namizədi Razi Nurullayevin də məsələsi nəzərdən keçirilib.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

Araz Əlizadə
Araz Əlizadə

MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsindən ötrü hüquqi əsaslar mövcuddur.

Beləliklə onların namizədliyi təsdiq edilib. Onların səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Buna da bax: KXCP də seçkini boykot etmək qərarı verib

Fərəc Quliyev
Fərəc Quliyev

Razi Nurullayev
Razi Nurullayev

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Buna qədər 5 iddiaçının namizədliyi təsdiq edilmişdi.

Bunlar Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal Demokratik Partiyasının rəhbəri Fuad Əliyev, namizədliklərini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Oruc idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat, Klassik Xalq Cəbhəsi Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG