Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 17:37

KXCP də seçkini boykot etmək qərarı verib


Mirmahmud Mirəlioğlu

Bu gün, fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib.

Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

“Ali Məclis partiyamızın rayon, şəhər şöbələrinin qərarlarını, fəalların və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin, seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı”, M.Mİrəlioğlu deyib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2007-ci il yanvarın 31-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçilmək istəyən 10-dan çox şəxsin sənədləri onlara daxil olub. Artıq, 5 nəfərin namizədliyi isə təsdiq edilib. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İ.Əliyev, Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, namizədliyini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucdur.

Hazırda onların tərəfdarları qeydiyyatdan ötrü tələb edilən 40 min imzanı toplayırlar.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Buna da bax: Müsavat seçkini boykot edir

Günün bütün mövzuları

XS
SM
MD
LG