Avqustun 4-də prezident Ilham Əliyev Bakıda “Sovetski” kimi tanınan ərazidə olub. Prezidentə məlumat veriblər ki, burada sökülən evlərin yerində 23 hektar ərazidə yaşıllıq, 3 hektar ərazidə isə yollar salınacaq. Prezident yeni 5 küçədə ümumi uzunluğu 6 kilometr olacaq yeni yolun təməlqoyma mərasimini edib. Prezidentin rəsmi saytında yayılan fotoları təqdim edirik.
Dövlət başçısına verilən xəbərə görə “Sovetski”də 3 827 ev sökülüb və sakinlərə kompensasiya verilib. Amma yerli mediada tez-tez bu ərazidə sakinlərin zorla evlərindən çıxarılmaları, onlara istədikləri kompnesasiyaların verilməməsi, hətta tarixi tikililərin sökülməsi barədə xəbərlər verilir. AzadlıqRadiosu da bu mövzuda müntəzəm reportajlar hazırlayıb. Onların bəzilərini aşağıda izləyə bilərsiz.
- "Evimizi əşyalarla birlikdə uçurdular"
- 'Hər işim qanunidirsə, 'şirinliyi' niyə verməliyəm?'
- Abid Şrifov: 'Onlar guya tarixi abidədir'