İslam Karimovun ölümündən iki il sonra keçmiş prezident sarayı muzey kimi fəaliyyətə başlayıb. Muzeydə İslam Karimovun portretləri sərgilənir.
Prezident pələnglərin arasında
İslam Karimovun ölümündən iki il sonra keçmiş prezident sarayı muzey kimi fəaliyyətə başlayıb. Muzeydə İslam Karimovun portretləri sərgilənir.

1
2018-ci ilin fevralında açılmlş sərgi Daşkənddə Ok Saroy sarayının ərazisindədir. İslam Karimov həyatının sonunadək burada yaşayıb.

2
Sərgiyə gələn qonaqlar. Muzeyin işçisi AzadliqRadiosuna deyib ki, rəsmlərin çoxu onun evindən götürülüb bəziləri isə sərgi üçün sifariş olunub.

3
Gənc İslam Karimovun portreti - "Tələbəlik illərindən xatirə". Səmərqənddə dünyaya gələn İslam Karimov iqtisadiyyatı öyrənib

4
İslam Karimov rəssamın gözü ilə. O 25 il müstəqil Özbəkistana rəhbərlik edib. Karimovun hakimiyyəti dövründə heç vaxt şəffaf seçkilər keçirilməyib.