Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:21

Prezident: 'Kartofla təminat bir az aşağı düşüb'


Arxiv fotosu.
Arxiv fotosu.

Regionların inkişafına dair dövlət proqramının icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev ərzaq təminatı məsələsinə də toxunub.

O bildirib ki, Azərbaycan kərə yağı ilə özünü 76 faiz təmin edir, bunun 10 faizi xarici faktordur: "Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur”.

Buna da bax:​ İqtisadiyyat Naziliyində 'çörək toplantısı'

Öz şəkərimiz, öz balımız...

Prezident Azərbaycanın bütün növ tərəvəzlə özünü 96 faiz təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Balla 97 faiz təmin edirik”.

İ. Əliyev xaricdən gətirilməsini azaltmaq üçün 30-40 min hektar ərazidə şəkər çuğunduru əkməyin nəzərdə tutulduğunu deyib. Dövlət başçısının sözlərinə görə, taxılçılıq az gəlir gətirən sahə olsa da, strateji sahədir. O deyib ki, hazırda Azərbaycan özünü taxılla 53 faiz təmin edir və bu göstərici artırılmalıdır: “İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir”.

Buna da bax: Prezident: 'Manat sabitliyini qoruyacaq'

Durum deyilən kimidirsə...

Qiymət artımının indiki səviyyədə olması suallı qalır. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, bütün ərzaq məhsulları bahalaşıb. Məsələ burasındadır ki, Azərbaycan əksər ərzaqlarda bu və ya digər formada idxaldan asılıdır. Məsələn, çay və şəkər burda istehsal olunur, amma xammal xaricdən gətirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir. Heç bir asılılığı olmayan məhsul istehsalçılarının da dolanışıq xərcləri artır. Hətta 3 il öncənin də rəqəmləri müxtəlif ərzaqlarda ciddi idxalın payının olduğunu göstərir.

Buna da bax:​ Qiymət artımı: Avropa-Azərbaycan müqayisəsi

Bəzi yekun məhsul və onun xammalının idxaldan asılılığı (2014)

Yekun məhsul

Özünü təminetmə

Xammal

İdxaldan asılılıq

Şəkər və şəkər məmulatı

170 %

Şəkərin xammalı

95 %

Un

94,8 %

Unluq buğda

46 %

Ağartı

98 %

Xam süd

24 %

Ərzaq idxalında ciddi artım var

Xammal bir yana, ərzaq idxalında da ciddi artım var. Ötən il ət - 94.44, süd - 39.44, kərə yağı, süddən hazırlanmış digər yağlar - 116.07, meyvə- tərəvəz - 132.58, çay - 174.11 və şəkər - 22.71 idxalı faiz artıb. Xaricdən 246.5 min ton buğda gətirilib.

Buna da bax: Ərzaq 30 faizdən çox bahalanıb

Ekspertlərin də fikrincə, yerli istehsal adı ilə mağazalarda satılan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Məsələn, marketlərdə ən çox yerli mal kimi satılan məhsullardan biri çaydır. Ölkədə bu qədər çay yetişdirilmədiyindən, həmin məhsul xaricdən alınır. Üstəlik, həmin çay dollarla alınırsa, manat dəyərsizləşdikcə, təbii ki, onun qiyməti də yüksələcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG