Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Pompeo İranı, Hizbullah ABŞ-ı hədələyir


Mike Pompeo aprelin 10-da Senatda ifadə verib
Mike Pompeo aprelin 10-da Senatda ifadə verib

ABŞ dövlət katibi Mike Pompeo aprelin 10-da Senatın Xarici Əlaqələr Komitəsinə deyib ki, prezident Donald Trump İran üzərinə təzyiqləri artırmaqda davam edəcək:

"Bütün dünyanı əmin edə bilərəm ki, prezident Trump İran İslam Respublikasının davranışını dəyişdirmək məqsədilə onun üzərinə təzyiqlərini artıracaq”.

Bununla belə dövlət katibi İran neftini ixrac edən ölkələrə güzəşt verilməsinin mümkünlüyü məsələsinə toxunmayıb.

Trump öz ölkəsini 2015-ci il nüvə sazişindən çıxarandan bəri Tehrana münasibətini sərtləşdirib.

Bu müqavilə Tehranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaları qaldırıb.

Lakin Trump bu müqavilədən çıxandan sonra İrana qarşı ABŞ sanksiyaları bərpa edilib və hətta gücləndirilib.

Aprelin 8-də ABŞ prezidenti bıyan etmnişdi ki, İran İnqilab Keşikçiləri Korpusunu xarici terrorçu təşkilat elan edəcək.

Buna cavab olraq Tehran bəyan edib ki, Vaşinqtonun bu qərarı Yaxın Şərq bölgəsindəki ABŞ əsgərlərinin və təhlükəsizlik agentlərinin toxunulmazlığını “ləğv edir”.

Trump-ın bu addımı ilə ABŞ-ın tarixində ilk dəfə olaraq Vaşinqton başqa bir ölkənin hərbiyyəsini rəsmən terrorçu adlandırıb.

Bu arada Livanda İran tərəfindən dəstəklənən Hizbullah təşkilatı bu sanksiya ilə bağlı İran və onun müttəfiqlərinin cavab addımları ata biləcəyinin siqnalını verib.

Sayyed Hassan Nasrallah
Sayyed Hassan Nasrallah

Bu şiə qrupunun lideri Sayyed Hassan Nasrallah televiziya ilə çıxışnda deyib ki, Vaşinqton “ölkəmizə qarşı addımlarını” reallaşdırarsa, cavab üçün bütün variantlar masanın üstündə olacaq:

"Elə addımlar var ki, onu amerikalılar atsalar, bunun cavabsız qalacağını kimsə deyə bilməz?”

O əlavə edib ki, İran və onun müttəfiqlərinin oynamaq üçün “çox güclü kartları var”.

Hizbullah bir xeyli müddətdir ki, ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG