Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Polis icra hakimiyyəti qarşısında vəsatət qaldıracaq ki…


Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi

«Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər».

Bunu «Report» agentliyinə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov deyib. O, bu fikri Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqlə bağlı verilən sualı dəyərləndirərkən ifadə edib. Şəhər polisinin rəisi daha sonra da deyib: «Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam».

«İğtişaşa cəhd barədə deyilənlər bəhanədir»

«Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində iğtişaşlara cəhd olması və polisin bunun qarşısını alması ilə bağlı Bakı Şəhər Polis İdarəsi rəisinin dedikləri əsassızdır, bəhanədir».

Bunu isə Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli Azadlıq Radiosuna bildirib.

Milli Şura sədrinin xatırlatmasına görə, hətta mitinqdən sonra məhz Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı açıqlamada da qeyd edilib ki, aksiyada «ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb».

C.Həsənli deyib ki, aksiya dinc şəraitdə, hər hansı qarşıdurma olmadan keçib və heç bir iğtişaşa, qanunazidd hərəkətlərə yol verilməyib.

«Amma hökumətin gözləntisinin əksinə olaraq mitinqin izdihamlı keçməsi onları qorxuya salıb və bu tip açıqlamalar da həmin qorxunun nəticəsidir»,-deyə Milli Şura sədri vurğulayıb.

C.Həsənli Baki Şəhər Baş Polis İdarəsi rəisinin növbəti mitinqlə bağlı icra hakimiyyəti qarşısında vəsatət qaldırmaq istəməsinə aid dediklərinə də münasibət bildirib: «Bu, birincisi polis rəisinin öz səlahiyyət həddini aşmasıdır. Polis siyasi proseslərə, siyasi aksiyaların keçirilməsinə mane ola bilməz. İkincisi, əgər Milli Şuranın növbəti mitinqinə icazə verilməyəcəksə, bu, artıq hakimiyyətin dinc aksiyalara icazə verməməsi kimi dəyərləndiriləcək».

C.Həsənli deyib ki, Milli Şura növbəti mitinqi yanvarın 26-da keçirməyi nəzərdə tutur və bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Aksiyada yenə də əsasən siyasi məhbuslara azadlıq şüarının səslənəcəyi gözlənir.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqqer ittihamı qurama sayırdı.

Bu gün, yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG