Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Peskov: ‘Mənim qızımın mənim vəzifəmə nə dəxli var?’


Putinin sözçüsü Dmitry Peskov
Putinin sözçüsü Dmitry Peskov

Kremlin sözçüsü Dmitry Peskov qızının Brüsseldə, Avropa Parlamenti üzvünün köməkçisi kimi təcrübə keçməsini müdafiə edib.

Bundan əvvəl AzadlıqRadiosu Yelizaveta Peskovanın Avropa Parlamentində işləməsi və bunun ona blokun həssas sənədlərinə çxış verə biləcəyindən yazmışdı.

Bu barədə narahatlıqlarını Avropa Parlamentinin bəzi üzvləri də ifadə etmişdilər.

Dmitry Peskovun qızı Yelizaveta Peskova
Dmitry Peskovun qızı Yelizaveta Peskova

Dmitry Peskovsa fevralın 26-da deyib ki, burda söhbət “sadəcə olaraq adi bir tələbədən və adi bir təcrübəçilikdən” gedir:

"Söhbət mənim qızımdan gedir. Bunun mənim işimə və vəzifəmə nə dəxli var?”

Rusiyanın dövlət xəbər agentliyi TASS-ın məlumatına görə Peskovun qızına iş vermiş fransalı millət vəkili Chauprade deyib ki, təcrübəçilərin məxfi sənədlərə çıxışları olmur.

Chauprade bunu da bildirib ki, Peskovaya ayda 1000 avro maaş verir.

O həmkarlarının tənqidini rədd edib və bildirib ki, onlar “rusofobiyaya” qapılıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG