Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 10:40

Pensiyalar artırılır


Sizcə, maaş, pensiya, müavinət artımları qiymət artımı ilə nə dərəcədə ayaqlaşır?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Sizcə, maaş, pensiya, müavinət artımları qiymət artımı ilə nə dərəcədə ayaqlaşır?

Bu gün, fevralın 6-da prezident İlham Əliyev «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu il yanvarın 1-dən 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16.6 faiz artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə isə, bu artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək: «Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Bu artımdan sonra orta aylıq pensiya 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək».

Ötən il pensiyalar illik 3 faizə yaxın artırılmışdı.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Həmin vaxtdan Azərbaycanda pensiyaçıların sayının təqribən 50 min azaldığı bildirilir.

XS
SM
MD
LG