Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:16

Penitensiar Xidmət M.İbrahimə cavab verdi: 'Bu, cinayətdir...'


M.İbrahim
M.İbrahim

Üç illik cəza müddətini başa vurub, azadlığa çıxmasına iki gün qalmış haqqında yenidən cinayət işi başlanan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin dediklərinə Penitensiar Xidmətdən cavab gəlib.

M.İbrahim deyir ki, yatağından tapıldığı iddia olunan bıçaq tiyəsinin ona aidiyyəti yoxdur. AXCP funksionerinin sözlərinə görə, onu həbsdən çıxmasının qarşısını almaqdan ötrü siyasi sifarişlə elə cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub.

Penitensiar Xidmət isə M.İbrahimin dediklərini təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, M.İbrahimin yatağından kəsici alət tapılması hal şahidlərinin iştirakıyla həyata keçirilib:

«Bizim nəinki o şəxslə, heç bir məhkuma qarşı qərəzimiz yoxdur. Cəzaçəkmə müəssisəsində kiminsə yatağına kəsici alət qoyulması cinayətdir və bizim əməkdaşlar heç bir halda, belə cinayətə yol verməzlər. Həmin şəxsin imkanı var ki, müvafiq orqanlara şikayət eləsin, araşdırılsın».

M.İbrahimin yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib.

CM-in 317-2.1 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG