Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Azadlığa çıxacağı gün Məmməd İbrahimə yeni cinayət işi açılıb


Məmməd Ibrahim
Məmməd Ibrahim

Sentyabrın 29-da 3 illik cəza müddəti başa çatan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim haqqında yeni cinayət işinin başlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na onun oğlu Turan İbrahim məlumat verib.

T.İbrahim bildirub ki, atasına Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsilə ittiham irəli sürülüb.

Onun sözlərinə görə, M.İbrahimin barəsində ilkin istintaq dövründən ötrü 2 aylıq həbs-qətiimkan tədbiri seçilib.

M.İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən istintaq təcridxanasına köçürüldüyü bildirilir.

CM-in 317-2.1 maddəsində 6 ayadək azadllqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İddia olunur ki, sentyabrın 29-da 16 saylı Cəzaçəkmə Müəssisəsində M.İbrahimin yatağında yastığın altından kəsici alət tapılıb.

Oğlu isə ittihamı rədd edir ki, atasının azadlığa çıxmasının qarşısını almaqdan ötrü həmin alətin ora qoyulduğunu bildirir.

M.İbrahimin yatağından kəsici alətin tapılması xəbərindən sonra bir qrup ictimai-siyasi fəal sentyabrın 28-də cəzaçəkmə müəssisəsinin qarşısına getmişdi. Ora toplaşanlar polis gücünə dağıdılmışdı.

M.İbrahimin oğlunun deməsinə görə, onu 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbəri də qəbul edərək, atasının durumunun yaxşı olduğunu, sentyabrın29-da azadlığa buraxılacağını söyləmişdi.

Ancaq bütün bu deyilənlərə nə bu müəssisə rəhbərliyindən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

AXCP fəalları etiraz aksiyası keçirib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müaşviri Məmməd İbrahimin 3 illik cəza müddətinin tamam olduğu gün, sentyabrın 29-da yeni ittihamla üzləməsini bu partiyadan olan insanlar narahatlıqla qarşılayıblar. Sentyabrın 29-da 16 saylı Cəzaçəmə Müəssisəsinin önünə toplaşıb, onun azadlığa çıxmasını gözləyən fəallar Məmməd İbrahimin həbs müddətinin 2 ay uzadılması ilə bağlı məlumatdan sonra etiraz aksiyasi keçiriblər. Onlar küçə boyu irəlləyərək “Azadlıq” şüaarı səsləndiriblər

AXCP İdarə Heyətinin üzvü İlham Hüseyn M.İbrahimla bağlı qaldırılan cinayət işini növbəti qanunsuzluq və repressiyaların davam etməsi kimi dəyərləndirib.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

M.İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG