Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:19

Demokratlar Trump-ın İran məsələsində səlahyyətini məhdudlaşdırmaq istəyirlər


ABŞ Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi
ABŞ Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi

ABŞ Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib ki, bu həftə prezident Donald Trump-ın İranla bağlı hərbi əməliyyatlar sahəsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni səsverməyə çıxaracaq.

Pelosinin sözlərinə görə qətnamə layihəsi prezident Trump-ın administrasiyasının İranla bağlı Konqresin razılığı olmayan hər hansı əməliyyatlarının 30 gün müddətində dayandırılmasını tələb edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, buna bənzər qətnamə layihəsini Senata senator Tim Kaine də təqdim edib. Bu xüsusda başqa qətnamə layihələri də mövcuddur.

Məsələn prezidentliyə demokratların tərəfindən namizədliyini verməyi planlaşdıran Bernie Sanders İran qarşı Konqres tərəfindən təsdiq olunmamış hər hansı hərbi əməliyyatların maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qətnamə təklif edib.

Bu qətnamə layihələri ABŞ-ın demokrat millət vəkillərinin İran generalı Qasem Soleimani-nin ABŞ tərəfindən öldürülməsinə reaksiyası kimi qiymətləndirilir.

O yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın raket zərbəsi ilə öldürülüb.

Demokratların əksəriyyəti Donald Trump-ın bu əməliyyatı əmr etməsinə etiraz bildirirlər.

Onlar Konqresə bu hava zərbəsi barədə əvvəlcədən məlumat verilməməsindən narazıdırlar.

Trump-ın siyasi rəqiblərindən keçmiş vise-prezident Joe Biden deyib ki, Soleimani-nin taleyinə acımasa da, onun öldürülməsini pisləyir, çünki bu, Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirərək ABŞ-ın mövqeyini zəiflədə bilər.

İran generalın ölümünə görə ABŞ-a cavab verəcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Demokratların solçu qanadına daxil millət vəkili Alexandria Ocasio-Cortez Trump-ın əgər İran Soleimani-yə görə qisas alarsa bu ölkənin obyektlərinə zərbələr endirəcəyi barədə hədəsini “hərbi cinayət” adlandırıb.

Prezident Trump-ın administrasiyası və respublikaçıların əksəriyyəti prezidentin qərarını dəstəkləyir.

Dövlət katibi Mike Pompeo yanvarın 5-də deyib ki, Soleimani-nin məhv edilməsinə əsas vermiş kəşfiyyat məlumatları səhih olub. Onun sözlərinə görə belə bir vəziyyətdə hərəkətsizlik daha böyük təhlükə yaradardı.

Pompeo deyib ki, ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusununelit Qüds qüvvələrinin komandanı Amerika maraqlarına zərbələr hazırlayırdı.

Trump-ın hərəkətini ABŞ-ın İraqdakı hərbi qüvvələrinin keçmiş komandanı və MKİ-nin keçmiş direktoru David Petraeus də təqdir edib.

O iddia edib ki, Soleimani ABŞ üçün bu yaxınlarda öldürülmüş İŞİD lideri Abu Bakr al-Baghdadi-dən və həta Osama bin Ladendən daha təhlükəli düşmən idi.

“Amerikanın səsi” bildirir ki, Trump-ın İran məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnamə demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasından keçsə belə bu sənədin perspektivi ümidverici deyil. Beləki ABŞ Senatında respublikaçılar çoxluğa malikdirlər.

XS
SM
MD
LG