Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:16

Paşinyan: 'Biz Rusiyaya düşmən deyilik' [Video]


Ermənilər yallı gedir. Paşinyanı doğma İcevanda belə qarşıladılar
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Ermənilər yallı gedir. Paşinyanı doğma İcevanda belə qarşıladılar

Ermənistanda hakim partiyaya qarşı kütləvi etirazların təşkilatçısı Nikol Paşinyan Rusiya ilə gələcək münasibətlər haqda fikrini bildirib.

Ölkənin ikinci böyük şəhəri olan Gümrüdə təşkil etdiyi aksiyada çıxış edən Paşinyan deyib ki, Rusiyaya düşmən münasibəti bəsləmir.

O, hakimiyyətə gələrsə, Ermənistanın geopolitik siyasətində heç bir kəskin dəyişikliyin olmayacağını söz verib:

"Biz öz ölkəmizin düşməni deyilik. Biz heç zaman deməmişik ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır. Biz təminat veririk ki, Ermənistan bu təşkilatın üzvü olaraq qalacaq. Özü də bu bizim həmin təşkilatı sevib-sevməməyimizdən asılı bir məsələ deyil. Bunu Ermənistanın milli maraqları tələb edir. Amma çalışacağıq ki, bu təşkilat daha effektiv olsun, indiyəcən Ermənistan və Dağlıq Qarabağ Respublikasına (Dağlıq Qarabağdakı qondarma rejimə - red.) verdiyindən daha ciddi təminat versin."

Paşinyan deyib ki, Ermənistan özünün beynəlxalq öhdəliklərinə sadiq qalacaq: həm Avropa Birliyi, həm də Avrasiya İttifaqı ilə sazişlərə:

"Amma bu o deməkdir ki, həmin sazişlər mükəmməldir. Biz o çatışmazlıqları aradan qaldırmaq üçün çalışacaq" - deyə Paşinyan bildirib.

Xatırladaq ki, son günlər Rusiya rəsmiləri, o cümlədən prezident Putin Ermənistan hökuməti ilə məsləhətləşmələr aparır, telefon əlaqəsi saxlayır.

Buna da bax: ‘The Economist’: Ermənistandakı inqilaba Rusiyadan müdaxilə təhlükəsi qalır

Ermənistanın müxalifət liderindən hakimiyyətə xəbərdarlıq
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Cümə günü Gümridə çoxminlik mitinq keçirən Paşinyan alqışlarla qarşılanıb.

O, şəhərdə planlaşdırdığından iki dəfə çox vaxt keçirib.

Yerli əhali onu Şirak və başqa vilayətlərdə də sevinclə qarşılayıb.

Paşinyan öz tərəfdarları ilə birlikdə şənbə günü Vanadzora yollanıb.

Bu, Ermənistanın üçüncü böyük şəhəridir. Həmin şəhərdə mitinqin təşkili gözlənir.

Paşinyan doğma İcevan şəhərinə də getməyi planlayır.

Paşinyan baş nazir Serj Sarkisyanın istefasına nail olsa da, hakim Respublikaçılar Partiyası hakimiyyətindən getmək istəmir.

Respublikaçılar Partiyasının koalisiya tərəfdaşı "Daşnaksutyun" da hökuməti tərk edib.

Buna da bax: Qazaxıstan öz ərazisində ‘ABŞ bazaları’ məsələsinə aydınlıq gətirir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG