Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Ermənistanda da anım tədbirləri keçirilir


Nikol Paşinyan Yerablurda
Nikol Paşinyan Yerablurda

Yerablurda müharibənin 889 qurbanı dəfn edilib

Sentyabrın 27-də səhər Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevandakı Yerablur hərbi panteonunda 44 günlük Qarabağ müharibəsi qurbanlarının məzarlarını ziyarət edib.

AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) Baş nazirin məzarlığa hökumət üzvləri olmadan getdiyini yazır.

Yerablurda müharibənin 889 qurbanı dəfn edilib.

Müharibədə Ermənistan tərəfdən 3777 nəfərin həlak olduğu açıqlanıb. Onlardan 3702 nəfəri hərbçiləri, 75-i dinc sakinlər olub. 243 nəfərin itkin düşdüyü bildirilir.

Azərbaycan 44 günlük müharibə və atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, bu müharibədə 2 min 907 hərbi qulluqçu həlak olub, 7 nəfər itkin düşmüş sayılır.

Bu müharibədə Azərbaycan tərəfdən 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı açıqlanıb.

XS
SM
MD
LG