Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 18:42

Bakıda yürüş keçirilib


Bakıda anım yürüşü. 27 sentyabr 2021
Bakıda anım yürüşü. 27 sentyabr 2021

Bu gün, sentyabrın 27-də Anım Günü münasibətilə Bakının mərkəzində yürüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva yürüşdə iştirak edib.

Azadlıq meydanından start götürən yürüşdə hərbçilər əllərində İkinci Qarabağ müharibəsində həlak olan şəxslərin şəkilləri əks olunan plakatlar daşıyıblar.

Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

İkinci Qarabağ müharibəsində həlak olanlar yad olunub

27 sentyabr - Azərbaycanda Anım Günü ilə əlaqədar İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saat 12:00-da ölkə ərazisində avtomobillərin hərəkəti dayandırılıb, Bakı buxtasında gəmilər, qatarlar, Bakı metropoliteninin qatarları fit verib.

Qarabağdan son xəbərlər: Azərbaycan Ermənistan ordusunun geri çəkdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Azərbaycanda Anım Günüdür

Bu gün, sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından 1 il ötür.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, bu müharibədə 2 min 907 hərbi qulluqçuları həlak olub, 7 nəfər itkin düşmüş sayılır.

Rəsmi açıqlamaya görə, Azərbaycanın ikinci paytaxtı sayılan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən Mingəçevir (Su Elektrik Stansiyası var ) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Abşeron, Xızı rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Gəncə və Mingəçevir yenidən atəşə tutulub, yaralılar və ölənlər var
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Habelə bildirilir ki, sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində Elbrus Qurbanovun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub. Gəncə və Bərdə şəhərlərində raket zərbələrindən 55 şəxsin həlak olduğu, 250-dən çox şəxsin isə müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir.

Ümumilikdə bu müharibədə Azərbaycan tərəfdən 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı açıqlanıb.

44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib (5 illik). Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Pashinyanın istefasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər Günü kimi təsis edilib. Həmin gün Azərbaycan Dağlıq Qarabağda Şuşa şəhərini işğaldan azad etmişdi və az sonra bu müharibə dayanmışdı.

XS
SM
MD
LG