Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:07

Pashinyan “qarətçilər və korrupsiyaçıları” baykot etməyə çağırıb


Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinyan özünün “Feysbuk” səhifəsində “qarətçilər və korrupsiyaçıları” baykot etməyə çağırıb.

“Süni bahalaşma ilə qanunsuzluğun qanunçuluqdan yaxşı olduğunu sübut etməyə çalışanlar qanunun gücünü tezliklə hiss edəcəklər”, deyə Pashinyan yazır.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə,supermarket sahibləri cümə günü baş nazirə məktub göndərərək risk altında olduqlarını bildiriblər.

Məktubda xüsusilə deyilir ki, supermarketlərin fəaliyyəti, həmçinin kənd təsərrüfatı məhsullarının qiymətləri prinsipial səbəblərə görə təhlükə altına düşüb.

Məktubda həmçinin hökumətin, ticarətlə məşğul olan təsərrüfat subektləri üçün qanuni məkan yaradılmasına yönəlmiş siyasətinə dəstək bildirilir.

Qeyd edək ki, Nikol Pashinian, uzun etiraz aksiyalarından sonra mayın 8-də Ermənistanın yeni baş naziri seçilib.

Buna da bax: Pashinian-ın Qarabağ münaqişəsindəki mövqeyi ‘yanlışdır’

Bundan əvvəl iki müddət prezident olan Serzh Sarkisian həmin vaxt yeni konstitusiya dəyişikliyi ilə 3-cü dəfə baş nazir kimi hakimiyyətə gəlməyə cəhd eləsə də bu baş tutmadı.

Pashinian, seçki qanunvericiliyi də daxil olmaqla ölkədə ciddi islahatlar aparılacağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG