Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:40
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

14:23 14.9.2015

"İçmişəm, yaxşı eləmişəm"

Sumqaytıda keçirilən reyd zamanı sərxoş halda avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən 67 yaşlı ağsaqqal saxlanılıb. Ancaq o deyir ki, "İçmişəm, yaxşı eləmişəm" . Jurnalistlərə də deyir ki, "sizin kimlilərə görə içirəm", "işiniz ağır olsun".

14:36 14.9.2015

Ən yaxşı 750 universitet arasında yalnız BDU var

750 universiteti əhatə edən RUR reytinqinə bu il Azərbaycandan təkcə Bakı Dövlət Universiteti düşüb. BDU 656-cı yerdədir. 1-ci yerdə Harvard universitetidir. Bütün siyahı burada

14:46 14.9.2015

Rövnəq Abdullayev: "benzinin qiyməti gündəmdə deyil"

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, "Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur". Bunu Apa Economics xəbər verir.

SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır. "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər", - deyə o qeyd edib.

15:19 14.9.2015

Misirdə terrorçu ilə xarici turisti səhv salıblar

Misirdə təhlükəsizlik qüvvələri antiterror əməliyyatı zamanı tursitlərlə terrorçuları səhv salıb. 12 nəfgər öldürülüb. Ölənlər arasında meksikalı turistlər var.Misir rəsmilərinin bəyanatına görə, sentyabrın 13-də 4 maşınla səyahət edən turistlər Qərbi Səhranın Vahat adlanan sahəsində qadağan olunmuş əraziyə daxil olublar. Onlar burda hərbi polis və silahlı qüvvələrin birgə əməliyyat zamanı "səhvən vurulublar".Yaralanmış daha 10 meksikalı və misirlilər yerli xəstəxanalara yerləşdirilib.Meksika Prezidenti Enrique Pena Nieto hadisəni pisləyərək, Misir hökumətindən "ətraflı araşdırma tələb edib".

Davamı

XS
SM
MD
LG