Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 22:28

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin


arxiv fotosu
13:39 14.9.2015

Oqtay Əsədov: "danışanda avropalıların ağzına çullu dovşan sığmır"

Milli Məclisdə Avropa parlamentinin Azərbaycan qətnaməsinə cavabın müzakirəsində spiker Oqtay Əsədov deyib: “7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır”.

APA-nın məlumatına görə, o deyib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsinə “adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”

13:44 14.9.2015

Rüstəmxanlı:"köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər"

Millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə deyib ki, Avropa Parlamentinin bu qətnaməsini qəbul edənlər "Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər."

13:51 14.9.2015

Vitse-spiker: "çünki özlərində belə ağıllı prezident yoxdur"

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib ki, " Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz." Qafqazinfonun məlumatına görə Ziyafət Əsgərov deyib ki, "“Niyə dağırdırsınız bu dövlətləri? Nə istəyirsiz onlardan? Azərbaycanın prezidentinə paxıllıq edirlər. Çünki özlərində belə ağıllı prezident yoxdur”.

14:03 14.9.2015

Rövnəq Abdullayev gələn ilin büdcəsindən danışdı

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, "... gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".

Davamı

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG