Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

16:41 18.9.2015

Novella Cəfəroğlu: "Martirosyan hisslərə qapılmır, obyektv danışır"

Vahan Martirosyan Bakıda mətbuat konfransında azərbaycanlıların ürəyincə olan bir çox fikirlər söylədi, məsələn, Qarabağda referendum olsa, Dağlıq Qarabağ Azərbaycanda qalmağa səs verərdi. Bu, doğrudanmı belədir? Martirosyan hakimiyyətdən incik adam kimi emosional danışır yoxsa həqiqətən obyektivdir? Onun Azərbaycana gəlməsinə yardım edən hüquq müdafiəçisi Novvella Cəfəroğlu AzadlıqLive-a deyir ki, o, 5 gündür ki, Martirosyanla ünsiyyətdədir, onun fikrincə, Martirosyan emosional danışmır, hisslərə qapılmır.

Bəs doğrudanmı Qarabağda əhval onun dediyi kimidir? Novella Cəfəroğlu deyir ki, Martirosyanın dediyinə görə, Dağlıq Qarabağ əhalisinin 60 faizi Azərbaycanda qalmağa tərəfdar olardı.

Bəs erməni fəal Ermənistandan necə qaça bilib? Azərbaycana necə gələ bilib?

Martirosyan Bakı haqda nə fikirdədir? Novella Cəfəroğlu deyir ki, Martirosyan rssamdır, o, həm də Bakıya rəssam gözü ilə baxır.

Novella Cəfəroğlu deyir ki, Martirosyana kömək etdiyinə görə, onu qınayanlar da var, ancaq o, insan haqları müdafiəçisidir, onun vəzifəsi insanlara yardım etməkdir, ona Belarusdan da zəng edirlər, yardım istəyirlər, Irandan da. Bundan başqa Martirosyanın Bakıda Qarabağ haqda dediklərini erməni diasporu da eşitdi. Onun dedikləri Azərbaycan dövləti üçün də əhəmiyyətlidir.

Novella Cəfəroğlu ilə söhbət

Gözlə

No media source currently available

0:00 0:07:41 0:00
Direct-ə keçid


14:25 18.9.2015

"Sarkisyanın qardaşının ləqəbi Saşa 50/50-dir"

"Serj Sarkisyanın ailəsi reketlə məşğul olur". Trend-in məlumatına görə, bunu Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, S.Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın hətta “Saşa 50/50” ləqəbi var, çünki o iş adamlarından biznesin iri və ya kiçik olmasına baxmayaraq, gəlirlərin yarısını alır: “Aleksandrın adamları mənim tanışım olduğu konserv zavodunun rəhbərinin oğlunu oğurladılar. Nəticədə o, gəlirin yarısını vermək məcburiyyətində qalıb”.

V.Martirosyan qeyd edib ki, S.Sarkisyanın digər qardaşı Levon Sarkisyan uşaqların müalicəsi üçün Avropa və ABŞ-dan pul dilənən xeyriyyə fonduna rəhbərlik edir: “Əslində isə pullar həmin məqsədlərə xərclənmir və Sarkisyanın ailəsinin cibinə gedir”.

14:25 18.9.2015

Kənd müəllimi düzəlməyə 3 min dollar

Martirosyan: Hamı bilir ki, məsələn, kənd yerində müəllim işləmək üçün 3 min dollar, şəhər məktəbində isə 10 min dollar rüşvət ödəmək lazımdır”.(Trend)

13:49 18.9.2015

Afrika ölkəsindəkindən pis yaşayırlar...

Martirosyan: “Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız Yerevanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür”.(APA)

Davamı

XS
SM
MD
LG