Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:13
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:47 18.9.2015

Şuşada referendum keçirilsə...

Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək. Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur: “Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. "

13:29 18.9.2015

Gevorkian geri qayıdanda niyə elə pis danışdı?

V. Martirosyan bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik Şurasının işdir: “Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir”. (APA)

13:24 18.9.2015

Martirosyan: Kriminallar Dağlıq Qarabağa göndərilir

Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır." (Trend)

13:21 18.9.2015

Martirosyan: Bakıya axışacaq ermənilər Avropada ərəblərdən çox olacaq

Vahan martirosyan Bakıda mətbuat konfransında deyib: Əminəm ki, əgər Ermənistanda Azərbaycandakı real vəziyyətin necə olduğunu bilsələr, Azərbaycana axışacaq erməni qaçqınların sayı Avropadakı ərəblərin sayından çox olacaq”.

Davamı

XS
SM
MD
LG