"Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”
APA-nın məlumatına görə, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: “Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.
İlham Əliyev: "Əmr versəm, xarici borcu bir gündə ödəyərik"
Ilham Əliyev deyib: " Xarici borcumuz da çox aşağı səviyyədədir. Mən əmr versəm, biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin».
Bunu sentyabrın 17-də prezident İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında yerli sakinlərlə görüşündə deyib. O bildirib ki, sakinlər hər hansı bir ədalətsizlik görəndə, yerli icra orqanlarına, nəticə olmasa, mərkəzi icra orqanlarına məlumat verməlidir: «Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır».
İlham Əliyev: resurslar uğrunda mübarizə gedir
İlham Əliyev Ağsuya səfəri zamanı deyib ki, dünyada yaşananlar həm ideoloji qarşıdurmadır, həm də təbii resurslar uğrunda gedən mübarizədir: «Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar».
İlham Əliyev : təxribata getmirik, "getməyəndə də onlar üçün pis oluriuq"
İlham Əliyev deyir ki, Azərbaycan heç bir əxribata getmir: «Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə».
Azərbaycan prezidenti bunu Ağsuya səfərində deyib.