Ermənistan Azərbaycandan sığınacaq alan Martirosyanı oğurluqda ittiham etdi
Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Turzyan "İnterfaks"a deyib ki, Vahan Martirosyan külli miqdarda pul oğurluğunda şübhəli bilinir və sentyabrın 9-da axtarışa verilib:
"İlkin məlumatlara görə, Martirosyan son vaxtlar həyat yoldaşı və uşaqları ilə birlikdə bir tanışının evində qalıb. Ordan təxminən 4 min ABŞ dolları oğurlayıb. İstintaq orqanları bununla bağlı onu təqsirləndirilən şəxs qismində dindirmək istəyib. Amma o, ilkin istintaq orqanına gəlmədiyi üçün barəsində axtarış elan edilib."
S.Tuzyan onu da deyib ki, Martirosyan Ermənistan parlamentinin üzvü Mqer Sedrakyanı onu döyməkdə ittiham etdiyi üçün zərərçəkən qismində də istintaqa dəvət edilib, amma bu məsələdə də istintaqla əməkdaşlıq etməyib və dindirməyə gəlməyib.
Evronest həmsədri Heidi Hautala Azadlıq Radiosunun suallarına cavab verib:
Azərbaycana qarşı iqtisadi sanksiyalar və səyahət qadağaları hansı səviyyədə gündəmdədir, realdır? Avropa Parlamenti qətnamə çıxardı, Milli Məclis cavab verdi. İndi Avropa Parlamenti nə edəcək? Martin Shultz doğrudanmı avropalı deputatlara Avropa Oyunlarına getməmək göstərişi verib? Müsahibə az sonra saytda olacaq.
Evronest həmsədri deyir ki, Milli Məclis bir məsələni səhv başa düşüb
Avronest-in həmprezidenti Heidi Hautala AzadlıqRadiosuna müsahibəsində deyib:
“Milli Məclisin Avropa Parlamentinin qətnaməsinə cavab məktubu oxuyanda təəccübləndim. Məncə, Azərbaycan üçün çox vacib bir məsələ yalnış anlaşılıb. Ümid edirəm ki, bizi doğru anlayacaqlar. ...
Parlamentdə Azərbaycana simpatiyası olan qruplar var. Məsələn, Mən “Yaşıllar Partiyası”ından gəlirəm və bu partiya Dağlıq Qarabağla bağlı həmişə Azərbaycanla həmrəylik nümayiş etdirib və biz bu məsələni davamlı şəkildə erməni həmkarlarımız qarşısında qaldırırıq. Ümid edirik ki, tezliklə işğal sülhlə başa çatacaq".
Prezidenti təhqir etməkdə günahkar bilindi
Türkiyənin Adana şəhərinin məhkəməsi jurnalist və yazar Aytekin Geziciyə 5 il 9 ay həbs hökmü çıxarıb. O, Twitterdə prezident Erdoganı, keçmiş baş nazir köməkçisi Bülent Arıncı və Bekir Bozdağı təhqir etməkdə günahkar bilinib.