Sumqayıtda sürücülərə qarşı reydlər başlandı
Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasından sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin yolda reydlərə başlayıb. "Report"un reyddə iştirak edən əməkdaşı xəbər verir ki, reyd qanunsuz olaraq sərnişindaşma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücülərinə qarşı keçirilib. Reyd zamanı 10-a yaxın sürücü cərimələnib və qanunsuz sərnişindaşıma ilə məşqul olan avtobus və mikroavtobuslar cərimə meydançasına aparılırb.
Reyd zamanı qaydaları pozan və əmrə tabe olmayan, müvafiq sənədlər təqdim etməyən sürücülərlə DANX və BDYPİ əməkdaşları arasında mübahisələr də düşüb.
Prezident səhv çıxışı oxuyub
Zimbabve prezidenti Robert Mugabe parlamentin açılışında yanlış çıxış mətnini oxuduğuna görə, ertəsi gün millət vəkillərini xüsusi sessiyaya dəvət edib.
91 yaşlı Mugabe yeni fövqəladə sessiyada “əsl çıxışını” oxumalı idi.
Parlamentin açılışında səhvən oxuduğu çıxışı isə o, artıq avqustun 25-də xalqa müraciəti kimi oxumuşdu. Çıxışların prezident aparatında çaş-baş salındığı xəbər verilir.
Bu hadisə müxalifət arasında belə bir sualın gündəmə gəlməsinə səbəb olub ki, yaşı 100-ə yaxınlaşan prezident ölkəyə başçılıq etmək üçün nə dərəcədə yararlıdır?
Arif Məmmədov prezidentliyə namizədliyini verə biləcəyini istisna etmir
Eks-diplomat Arif Məmmədov BBC-yə müsahibə verib. O indiki parlament seçkiləri haqda deyib: "Qırğızıstandan, Qazaxıstandan, Belarusdan müşahidəçilər gələcək. Bu isə legitimliyi təmin etmək üçün kifayət deyil. ATƏT və digər əsas Qərb institutları seçkiləri tanımırlarsa, bu boş bir şey olacaq və parlament tanınılmayacaq. Parlament tanınılmırsa, ümumiyyətlə qanunverici orqan tanınılmırsa, hökumətlə bugünkü gərginliyi nəzərə alaraq, mən heç bilmirəm gələcək inkişaf nə olacaq. Ya gərək islahatlar olsun, ya da bilmirəm. Ən ilginc istiqamətdə gedə bilər."
BBC: Siz növbəti prezident seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
Arif Məmmədov: "Bilirsiniz, mən artıq siyasətə girmişəm. Burada müxtəlif inkişaflar ola bilər və mən bunu istisna etmirəm. Belə deyək."
Bakıda 3 günlük kitab sərgisi
Bakı İdman Sarayı 3 günlüyə kitabsevərlərin üzünə açılır. Burada sayca 4-cü kitab sərgi yarmarkası keçirilir. Sərgiyə yerli nəşriyyatlarla yanaşı, xaricilər də qatılıb.