Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 16:17
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:19 17.9.2015

Bakı-Sumqayıt yolunda qəza: 2 ölü, 10 yaralı

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib. Bundan sonra yol kənarındakı maneəyə çırpılıb.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

13:16 17.9.2015

Avronest Azərbaycan üçün qapını 1 il açıq saxlayır

Avronest Azərbaycan Milli Məclisinin bu qurumdan çıxmaq prosedurlarına başlanması barədə qərarından dərin təəssüf hissi ifadə edib. Avronestin həmsdərləri - Avropa Parlamentinin üzvü Heidi Hautala və Gürcüstan parlamentindən Viktor Dolidze bəyan ediblər ki, təşkilat “yaranmış vəziyyəti Milli Məclislə müzakirə etmək üçün açıqdır”.

13:10 17.9.2015

Prezidentin fotomontajını düzəldən media araşdırılır

Türkiyədə öldürülmüş əsgərlərin fotoları dərc edildikdən sonra prokurorluq media nəhəngi Doğan qrupunun araşdırılmasına başlayıb.

Bir neçə gün əvvəl isə polis həftəlik “Nokta” jurnalının redaksiyasına reyd keçirərək Erdoğanın fotomontajı çap olunmuş jurnalın bütün tirajını müsadirə edib. Bu montajda şəhidlərin matəm mərasimində guya selfi çəkən Erdoğan təsvir olunmuşdu.Türkiyədə prezidentin təhqiri cinayət sayılır və qanun belə hərəkətlər üçün 4 ilədək həbs cəzası nəzərdə tutur.

20:39 16.9.2015

Azərbaycanlı Rusiyada ferma tikdi, sonu nə oldu? (video)

Keçmiş hərbçi Zahid Mehdiyev Yekaterenburqun Rassvet kəndində ferma tikib, 15 iş yeri açıb. Hər şey yaxşı olardı, əgər işçiləri durmadan içib, oğurluq etməsəydilər.

Davamı

XS
SM
MD
LG