Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:19

Avronest Azərbaycan üçün qapını 1 il açıq saxlayır


Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidze
Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidze

Avronest Azərbaycan Milli Məclisinin bu qurumdan çıxmaq prosedurlarına başlanması barədə qərarından dərin təəssüf hissi ifadə edib

Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin Parlament Assambleyası – Avronest (Euronest) Azərbaycan Milli Məclisinin bu qurumdan çıxmaq prosedurlarına başlanması barədə qərarından dərin təəssüf hissi ifadə edib.

Hadisələrin belə inkişafı arzuolunmazdır və Milli Məclis üzvlərini region üçün aşkar əhəmiyyəti olan birgə parlament dinləmələrində öz fikirlərini bildirmək imkanından məhrum edəcəkdir

Bununla yanaşı, Avronestin həmsdərləri - AP üzvü Heidi Hautala və Gürcüstan parlamentindən Viktor Dolidze bəyan ediblər ki, təşkilat “yaranmış vəziyyəti Milli Məclislə müzakirə etmək üçün açıqdır”.

Bəyanatda bildirlir ki, Azərbaycan Milli Məclisi öz qərarı barədə hər iki həmsədri rəsmən xəbərdar etdikdən sonra Avronest Parlament Assambleyası öz işinin rəvan şəkildə davam etdirilməsi üçün müvafiq tədbirlərin təklifi məqsədilə yaranmış vəziyyəti təhlil edəcəkdir.

Avronest müzakirəyə açıqdır

“Avrronest Parlament Assambleyası,Şərq Tərəfdaşlığının çoxtərəfli parlament qolu olaraq qalır və bu şəkildə Avropa İttifaqı ilə Şərqi Avropa Tərəfdaşlığı arasında siyasi və iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün zəruri şəraitin yaradılması naminə öz işini inteqrasiya və açıqlıq ruhunda davam etdirəcəkdir.

Avronest PA-da iştirak ilk növbədə kriteriyaya cavab verən hər bir sözü gedən Şərq Partnyorunun könüllü və müstəqil seçimi olaraq qalır. Bu mənada biz, Azərbaycan Milli Məclisinin qurumu tərk etmək barədə qərarını diqqətə alır və ona hörmət edirik. Bununla belə, biz inanırıq ki, hadisələrin belə inkişafı arzuolunmazdır və Milli Məclis üzvlərini region üçün aşkar əhəmiyyəti olan birgə parlament dinləmələrində öz fikirlərini bildirmək imkanından məhrum edəcəkdir” – deyilir bəyanatda.

Bəyanatda bu da qeyd olunur ki, Avronest Parlament Assambleyasının təsis aktına görə hər hansı ölkənin təşkilatı tərk etməsi həmin ölkənin bu xüsusda müraciətinin verildiyi gündən bir il müddətində qüvvəyə minir.

Avronest həmsədrləri bildirirlər ki, bu bir il müddətində yaranmış vəziyyəti Milli Məclislə müzakirə etməyə açıqdırlar.

XS
SM
MD
LG