YAP siyahısını elan edəcək
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası başlayıb. YAP-dan APA-ya verilən məlumata görə, iclasda noyabrın 1-də Milli Məclisə V çağırışda seçkilərlə bağlı namizədlər siyahısı müzakirə olunacaq.
İclasın yekununda YAP yekun namizədlər siyahısını açıqlayacaq.
Birinci ledi bitirdiyi universitetin Bakıda filialını açdı
Sentyabrın 15-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Rusiyanın bu nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.
Mehriban Əliyevanın özü İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunu 1988-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Suriyada Rusiya tankları
Suriyanın Latakiya əyalətindəki hava limanında Rusiyanın T-90 tankları düzülüb.ABŞ rəsmiləri bildiriblər ki, Rusiya öz hərbi qüvvələrini məhz bu ərazidə cəmləşdirir.
Tıxaclar:"Papanın gül balaları" dərsə gedir
Sentyabrın 15-də səhər tezdən başlayaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM), Dövlət Yol Polisinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bir sıra orta təhsil müəssisələrinin, xüsusilə yaxınlığında piyada keçidlərinin olduğu məktəblərin qarşısında birgə reydlər keçirib. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Trend-ə bildirib ki,
reyd zamanı bir sıra məktəblərin qarşısında sürücü və piydaların yol hərəkəti qaydalarının kütləvi şəkildə pozduqları müşahidə edilib: “Reyd zamanı “papanın gül balalarını” məktəbə gətirən avtomobillərin ərazidə qanunsuz park etmələri müşahidə etdik. Məsələn, 132 saylı məktəbin qarşısında metronun “İçərişəhər” stansiyasının qarşısında yol polisi əməkdaşlarının ərazidə dəfələrlə xəbərdarlığına baxmayaraq, yolun hər iki tərəfi qanunsuz olaraq saxlanmış avtomobillərlə dolu idi. Yol polisləri də bort-kompüterlər vasitəsilə ucdantutma, kimliyindən asılı olmayaraq, sahibli-sahibsiz onların hamısını cərimələdilər. Lakin təəssüf ki, cərimə olunmalarına baxmayaraq, yenə də sürücülər qanunsuz park etməkdə davam edirdi. Görünür, belə sürücülərə qarşı daha təsirli cəza tədbirləri görülməlidir”.