Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:51
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

21:16 18.9.2015

Nikaha girən 3300 gəncdə talassemiya , hemofiliya aşkarlanıb

"Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi ilə dəyişiklik edildikdən və həmin dəyişiklik qüvvəyə mindikdən ötən cəmi 2 ay ərzində 34 min insan tibbi müayinədən keçib”. Bunu Qafqazinfo-nun məlumatına görə, parlamentin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, "tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən üst-üstə 3300 gəncin hər ikisinin ya talassemiya, ya da hemofiliya daşıyıcısı olduğu aşkarlanıb. Eyni zamanda, 13 cütlükdə hər iki xəstəliyin elementləri, əlamətləri üzə çıxıb. Bu, onu göstərir ki, belə bir dəyişikliyin nə qədər böyük əhəmiyyəti var. Əgər arayış məsələsi tələb edilməsəydi və həmin insanlar tibbi müaiyəndən keçməsəydi, yenə də ağır fəsadlar yaşanacaq, həmin cütlüklərdən xəstə övladlar dünyaya gələcək və 18 yaşına çatandan sonra ən yaxşı halda həmin valideynlər övladlarını itirəcək, övlad acısı yaşayacaqdılar”.

20:54 18.9.2015

AzadlıqTV : İslam Dövləti qrupunun tərkibində 2400-dək Rusiya vətəndaşı vuruşur

18:33 18.9.2015

Keçmiş nazir müavini: "Evimi, torpağımı satdım"

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Mehman Səlimov ifadə verərək bildirib ki, onun mənimsəmədə ittiham olunduğu bütün işləri o vaxtkı nazir Səfər Əbiyevin əmri ilə edib: “Səfər Əbiyev məndən nazirliyin tikinti işləri həyata keçirməyimi istədi. Amma bu iş üçün kifayət qədər pul ayrılmadı. Buna görə də başqa işlərdən aldığım pulla həmin işləri gördüm. Zakir Həsənov nazir olandan sonra mənimlə müqavilə imzalanmadı. Buna görə məcbur olub evimi və torpağımı satdım, üstəlik 320 min manat da kredit götürüb tikinti işlərini başa çatdırdım.İlin sonunda sənədləri təqdim edib pulumu alacağımı planlaşdırırdım. Amma ötən il noyabrın 19-da məni həbs etdilər.

Mənə Azərbaycan ordusundan heç nə verilməyib, indi ailəm də kirayədə qalır”.

17:34 18.9.2015

Dəmir Yolları Ziya Məmmədovdan alındı

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat sistemindəki struktur dəyişikliyi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Xatırladaq ki, bundan əvvəl prezidentin sərəncamı ilə taksi xidmətləri üçün lisenziyaların verilməsi Nəqliyyat Nazirliyindən alınaraq ASAN-xidmətə verilib.

Bundan başqa, Nəqliyyat Nazirliyinin yol çəkilişinə dair səlahiyyətləri məhdudlaşdırılıb, yerli əhəmiyyətli yolların çəkilməsi icra hakimiyyətlərinə həvalə edilib.

Dünən isə Ziya Məmmədovun qardaşı Elton Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalının direktoru dəyişdirilib.

Davamı

XS
SM
MD
LG